Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
169
2. orqanizmin funksiyalarının pozulmasının xarakteri və
ardıcıllığını, göstərilmiş tibbi və digər yardımın növünü, həyat üçün
təhlükə doğuran vəziyyətlərin inkişafını və ölüm prosesinin gedişini
təsdiq edən, zərərçəkmişin sağlamlıq vəziyyətinin və davranışının
xüsusiyyətləri (kliniki-tanatoloji aspekt);
3. zərərçəkmişin (meyitin) və ya hadisənin digər iştirakçılarının
şəxsiyyətini təsdiq
edən əlamətləri, zədə yetirən alətin quruluş xüsusiyyətləri
(identifikasiya aspekti);
4. cinayətin törədilmə vaxtı və yeri, hadisə yerinin şəraitinin
xüsusiyyətləri, istintaq edilən hadisə baş verərkən təbii, məişət və ya
istehsalat mühitinin hər hansı xüsusi fiziki faktorlarının olması, xarici
mühit və onların dinamikada dəyişməsi, cinayət iştirakçıları və
şahidlərinin sağlamlıq vəziyyəti, professional hazırlığı, xüsusi
bacarığı və biliyi və s. (situasiya aspekti).
İstintaq hallarının müxtəlif olması bu sualların ümumilikdə
baxılmasına imkan verir. Çox vaxt onlar dindirilən şəxsin prosessual
statusu ilə müəyyən olunur.
Şübhəli və təqsirləndirilən şəxsin dindirilməsində məhkəmə-tibb
ekspertini çox vaxt cinayətin törədilmə üsuluna, istifadə olunan
alətlərə və zədə yetirilmənin mexanizminə aid məlumatlar
maraqlandırır:
-- zədə hansı alət və ya silahla yetirilib – ümumi və konstruktiv
xarakteristikası, təyinatı, hazırlanma materialı və üsulu, tərkib
xüsusiyyətləri, əvvəlki istifadə və saxlanma şəraiti, zədə yetirən
səthin ölçüsü, forması, relyefi və s.;
-- travmatik qüvvənin təsir yeri;
-- travmatik təsirin istiqaməti;
-- travmatik təsirin gücü;
-- təsirlərin sayı;
-- ardıcıllığı;
-- açıq mühitdə silahın oriyentasiyası (təqsirləndirilən şəxsin
əlində atəş anında silah lüləsinin və ya digər alətin vəziyyəti);
-- zərərçəkmişin və hücum edən şəxsin pozaları, onların
dinamikada qarşılıqlı vəziyyəti.
|