Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə185/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   181   182   183   184   185   186   187   188   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

181



Sualların və cavabların mütləq olaraq tam və mümkün olduqca 

sözbəsöz fiksə edilməsi ifadələrə  tənqidi münasibətin zəruriliyini 

rədd etmir. Lakin tənqidi münasibət mütəxəssisin qiymətləndirici 

mülahizələrində deyil, dəqiqləşdirici və yoxlanılan sualların 

dindirilən şəxsin qarşısında qoyulma tərtibatında bilinməlidir.  

Müstəntiq ekspertin verdiyi sualları yayındıra bilər, həmin sual 

protokolda öz əksini tapmalıdır.  

Ekspert müstəntiqə ifadələrin sistemləşdirilərək yazılmasında, 

təkrarların və  işə aid olmayan məlumatların ixtisar edilməsində 

kömək etməlidir. Suallarda və cavablarda istifadə edilən xüsusi tibbi 

terminlərin mənasını, protokola dindirilmə  iştirakçılarının başa düşə 

biləcəkləri tərzə uyğun izah etməklə yazılmalıdır.  

Dindirilmə qurtardıqdan sonra protokol müstəntiq tərəfindən 

bütün iştirakçılar üçün oxunur və ya özlərinin sərbəst oxuması üçün 

onlara təqdim edilir (protokolla tanış olma qaydası ayrıca qeyd kimi 

protokolun sonunda göstərilməlidir).  

İstənilən istintaq hərəkətinin gedişində  və ya sonunda ekspert 

sübutların aşkar olunması, təsbit edilməsi və götürülməsi ilə bağlı 

müvafiq müraciətlər etmək, protokola əlavələr, düzəlişlər etməyi 

tələb etmək və digər vəsatətlər vermək hüququna malikdir. Bütün 

vəsatətlər istintaq hərəkətinin protokolunda mütləq qeyd olunmalıdır. 

Ekspertin dindirilmədə müraciətləri verilən sualların məzmununa 

və onların ifadə olunmasına, cavabların tamlığına və  dəqiqliyinə, 

protokolda sualların və cavabların düzgün əks olunmasına aid ola 

bilər. Eyni zamanda, ekspertin vəsatət vermək və digər müraciətlər 

etmək hüququ onların protokola salınmasının zəruriliyində 

məhdudlaşır. Məsələn, ekspertin istintaq hərəkətinin keçirilmə 

taktikası haqqında etdiyi təkliflərin protokola salınması mütləq deyil - 

onunla razı olub-olmamaq məhkəmənin və müstəntiqin hüququdur.  

Audio, kino və ya video yazılış aparıldığı halda, dindirilmə 

qurtardıqdan sonra həmin yazılış canlandırılır və dindirilmə 

iştirakçıları onun düzgünlüyünü təsdiq edir. Sonradan audio yazılış 

yolu ilə  təsbit edilmiş ifadələr yuxarıda göstərilən bütün qayda-lara 

riayət olunmaqla protokola daxil edilir.  





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin