Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə166/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   162   163   164   165   166   167   168   169   ...   516
 

Şakir Musayev  

 

162



Obyektiv informasiya və  ənənəvi iş metodları  çərçivəsində 

çətinlik yarandıqda, o cümlədən zədələrin yaranma mexanizminin və 

tanatogenezinin ekspert tərəfindən düzgün qiymətləndirilməsi 

mümkün olmadıqda həmin məlumatlar çox mühüm əhəmiyyət kəsb 

edir. Belə hallara, zədə yetirən alət məhv edildikdə, hər-hansı 

səbəbdən itirildikdə, yaxud istintaq tərəfindən tapılmadıqda, müayinə 

edilən obyektlərin ilkin xüsusiyyətləri dəyişildikdə (meyitlərin 

çürüməsi, skeletləşməsi, yanması, hissələrə ayrılması), tibbi sənədlər 

itirildikdə və ya tam olmadıqda rast gəlinir.  

Seriyalı cinayətlərdə, çoxepizodlu travmatik hallarda zədələrin 

yetirilmə  şəraitinə, zərərçəkmişin ölməsinə aid müxtəlif və 

ziddiyyətli ifadələr verən bir neçə  təqsirləndirilən  şəxslərin 

dindirilməsində  və cinayət işinin təhqiqatında, ekspertin iştirakı 

vacibdir. Ekspertin iştirakı ilə keçirilən dindirilmədə  həyat üçün 

təhlükə törədən vəziyyətin inkişafında və sonra orqanizmin əsas 

funksiyalarının sönməsində, ölümün baş verməsində ayrı-ayrı 

travmatik təsirlərin rolunun müqayisəli xarakteristikası üçün mühüm 

məlumatlar əldə edilə bilər.  

Ekspertin iştirakı ilə aparılan dindirilmələrdə alınmış məlumatlar 

sonrakı ekspert müayinələrinin təşkil olunmasında ilkin material kimi 

istifadə oluna bilər. Məsələn, din-dirilmə anamnezinin fiksə 

edilməsində effektli vasitə  və ya şübhəli, təqsirləndirilən  şəxsin, 

zərərçəkmişin və  şahidin hüququnun ekspertə izahat verilməsində 

reallaşmasının adekvat prosessual forması ola bilər. Belə ki, ekspert 

məhkəmə ekspertizasının icrası üçün müstəqil olaraq material 

toplamaq hüququna malik deyil. Odlu silah yaralanmalarının 

məhkəmə-tibbi ekspertizası zamanı dindirilmə vasitəsi ilə patronun 

doldurulma xüsusiyyətləri, atəş vaxtı silah lüləsinin vəziyyəti, atəşin 

məsafə  və istiqaməti, güllənin uçuş yolunda maneənin və xarici 

rikoşetin olması barədə istintaq məlumatlarını əldə etmək olar. Xarici 

rikoşet barədə  məlumat olmadan, güman olunan silahdan 

eksperimental atəş açaraq eksperimentlərin düzgün icrasına və 

ekspert nəticəsinin elmi-əsaslı formalaşdırılmasına nail olmaq 

mümkün olmur. Deşilmiş-kəsilmiş  zədələnmə hallarında zədənin 

yetirilmə  şəraitinə aid əlavə  məlumatların  əldə olunması iz 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   162   163   164   165   166   167   168   169   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin