Şakir Musayev
158
ifadələr verməyi təklif edir, yəni törədilməsində təqsirləndirilən və
mahiyyəti üzrə ona ittiham elan edilən cinayətə aid olan halları ətraflı
şərh etməyi təklif edir. Zərurət yarandıqda müstəntiq bəzi faktları
dəqiqləşdirmək, yeni faktları üzə çıxarmaq və ziddiyyətləri aradan
qaldırmaq üçün suallar verə bilər.
Hər bir dindirilmə zamanı müstəntiq CPM-nə uyğun olaraq
protokol tərtib edir. Protokol istintaq hərəkəti zamanı və ya ondan
dərhal sonra tərtib olunur. Əgər dindirilmədə ekspert iştirak etmişsə,
giriş hissədə onun adı, soyadı, iş yeri, vəzifəsi qeyd olunur. Protokol
oxunur, dindirilmədə iştirak edən bütün şəxslər tərəfindən, ekspert
(mütəxəssis) də daxil olmaqla imzalanır.
|