Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə161/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

157



FƏSİL 8. DİNDİRİLMƏ. ÜZLƏŞDİRMƏ. 

 

8.1. Dindirilmə anlayışı və onun 

məhkəmə-tibbi təcrübədə yeri. 

 

Dindirilmə - istintaq və  məhkəmə  təcrübəsində geniş yayılmış 



hərəkət olub, sübutların yığımı  və yoxlanılması vasitəsidir. Onun 

məqsədi dindirilən şəxsdən iş üzrə həqiqətin müəyyən olunması üçün 

əhəmiyyəti olan hallar barədə tam və düzgün məlumatlar almaqdır.  

Dindirilmənin müstəqil istintaq və  məhkəmə  hərəkəti kimi 

qanunvericiliyə müvafiq nizamlanması kifayət qədər genişdir. 

Cinayət işinin ibtidai istintaqında şübhəli və təqsirləndirilən şəxslərin  

dindirilməsi təxirəsalınmaz istintaq hərəkətidir.  

Şübhəli  şəxsin dindirilməsi cinayət işinin başlanılması barədə 

qərar çıxarılmasından və ya şübhəli  şəxsin faktiki saxlanılmasından 

24 saatdan gec olmayaraq, təqsirləndirilən şəxsin dindirilməsi isə ona 

ittiham elan edildikdən dərhal sonra icra olunmalıdır. Bu, ekspertin 

iştirakı ilə keçirilən dindirilməyə aid deyil. Mütəxəssisin cəlb 

olunmasına adətən ilkin ifadə alındıqdan sonra və onların 

dəqiqləşdirilməsi, konkretləşdirilməsi tələb olunduqda zərurət 

yaranır. 

Ekspert dindirilmənin keçirilməsinə aid olan bəzi ümumi 

prosessual tələbləri bilməlidir. Dindirilmənin digər istintaq 

hərəkətləri kimi axşam saat 22.00-dan səhər saat 07.00-a qədər 

keçirilməsi yol verilməzdir. Dindirilmənin gedişində zor, hədə, 

istintaq hərəkətində  iştirak edən  şəxsin həyat və sağlamlığı üçün 

təhlükə yarada bilən hərəkətlərdən və başqa qanunsuz tədbirlərdən 

istifadə etmək olmaz. Dindirilmə fasiləsiz 4 saatdan artıq davam edə 

bilməz. Dindirilmənin davam etməsinə yemək  və istirahət üçün 

ayrılmış 1 saatdan az olmayan fasilədən sonra yol verilir. Gün 

ərzində dindirilmə 8 saatdan artıq olmamalıdır. Tibbi göstəricilər 

olduqda dindirilmənin vaxtı həkim rəyinə əsasən müəyyən edilir.  

Eyni iş üzrə çağırılmış şahid və təqsirləndirilən şəxslər ayrı-ayrı 

dindirilir. Əvvəlcə, müstəntiq dindirilən şəxsə işin mahiyyəti ilə bağlı 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin