Şakir Musayev
154
sərbəst ekspertizalar çərçivəsində istifadə olunmaq üçün nəzərdə
tutulur.
Axtarış və götürmə bir qayda olaraq məhkəmənin qərarı əsasında
aparılır. Şəxsin axtarışını aparmaq üçün də məhkəmənin qərarı tələb
olunur. Lakin şəxsin tutulduğu, təqsirləndirilən və şübhəli sayılan
şəxslərin yaxalandığı və yaxud həbs olunduğu zaman axtarış və bir
sıra digər hallar istisna olunur.
Şəxsin axtarışı və götürülmə keçirilərkən azı iki hal şahidinin
iştirakı mütləqdir. Şəxsin fərdi axtarışını onunla eyni cinsli şəxs
aparır. İstintaq hərəkətində mütəxəssis və hal şahidləri iştirak edirsə
və onlar axtarılan şəxslə eyni cinsə mənsubdurlarsa, bu zaman onlar
axtarışı müşahidə edirlər (CPM, maddə 238.5).
|