Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə155/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   151   152   153   154   155   156   157   158   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

151



keçirilməsinə  cəlb edir. Ümumi qayda üzrə  hər bir konkret halda 

ekspert və ya mütəxəssisin prosessual hərəkətlərə  cəlb olunması 

məsələsini müstəntiq istintaqı aparılan cinayət işinin 

xüsusiyyətlərindən asılı olaraq həll edir. Qanuna görə müstəntiqin 

fikrindən asılı olmayaraq baxış mütləq qaydada məhkəmə-tibb 

ekspertinin iştirakı ilə keçirilir. Belə hallara əsasən, meyitə baxışın 

keçirilməsi aiddir. Qanunla zəruri hallarda digər mütəxəssislərin də 

cəlb olunmasına yol verilir.  

Məhkəmə tibb ekspertinin iştirakı ilə keçirilən baxışda əsas baxış 

obyekti kimi hadisə yerini və  həmin yerdə olan meyitləri, onların 

şəxsi əşyalarını, bioloji mənşəli obyektlərin izlərini (qan, tük, toxuma 

hissələri və ifrazatlar), cinayəti törətmək və ya onun izlərini 

gizlətmək üçün istifadə olunmuş obyektləri (əşya, alət, nəqliyyat 

vasitələri və s.) göstərmək olar. Nadir hallarda məhkəmə-tibb eksperti 

hadisə yeri olmayan, lakin üzərində cinayət işinə aid izlər və əşyalar 

aşkar edilmiş  ərazi sahəsinin və tikililərin baxışında iştirak edir, 

həmçinin, hadisə yerindən kənarda cinayət işinə aid izlərə, predmet 

və alətlərə də baxış keçirir. Məhkəmə-tibbi biliklərdən istifadənin ən 

nadir obyekti – sənədlərdir. 

Meyitə baxış mütləq qaydada onun aşkar olunduğu yerdə 

keçirilir. Qanun hadisə yerində istintaq hərəkətlərinin keçirilməsi 

çətin olduqda baxış obyektinin götürülməsi, qablaşdırılması, 

möhürlənməsi müstəntiq və hal şahidlərinin imzaları ilə baxış yerində 

təsdiqlənməsi mümkünlüyünü nəzərdə tutur. Bu hal tam mənada 

meyitə  də aiddir. Digər obyektlərdən yalnız cinayət işinə aidiyyatı 

olan  əşyalar götürülə bilər. Bu zaman baxış protokolunda götürülən 

əşyaların fərdi  əlamətləri və xüsusiyyətləri imkan dairəsində  ətraflı 

qeyd olunmalıdır. Baxış zamanı  aşkar edilən və götürülən  əşyalar, 

izlər və s. hal şahidlərinə  və baxışın digər iştirakçılarına təqdim 

olunmalıdır. 

Naməlum meyitlərə baxış zamanı, ekspert-kriminalistin köməyi 

ilə meyitlərin mütləq fotoşəkli çəkilməli və daktilokopiyası 

aparılmalıdır.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin