Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
153
baxışdan sonra göndərildiyi yer də göstərilməlidir. Mütəxəssis
protokolun tərtibatında müstəntiqə yardım edir.
Götürməyə (müayinə üçün) və axtarışın həyata keçirilməsinə
məhkəmə təbabəti sahəsində mütəxəssis nadir hallarda cəlb olunur.
Adətən hallarda götürmə istintaq baxışı və ya müayinəsi prosesində
həyata keçirilir.
Axtarışın məqsədi (CPM, maddə 242) cinayət alətlərinin, cinayət
yolu ilə əldə edilmiş əmlak və qiymətli əşyaların, cinayət işi üçün
əhəmiyyət kəsb edən digər əşya və ya sənədlərin tapılması və
götürülməsi, o cümlədən, axtarılan şəxslərin və meyitlərin
tapılmasıdır. İtkin düşmüşlərin, xüsusən də üzərində itkin düşmüş
şəxsə məxsus əlamətləri olan meyit və obyektlərin axtarışı zamanı
məhkəmə təbabəti üzrə mütəxəssisin axtarışa cəlb olunması olduqca
vacibdir. Belə hallarla ən çox daşınmaz əmlakın, məsələn mənzilin
qarət olunması məqsədilə törədilən qətl hadisələrində ciddi zərurət
yaranır. Belə ki, paralel olaraq, güman edilən cinayətkarın
əlamətlərini təyin etməyə imkan verən bioloji izlər də müəyyən edilə
bilər. Bu halda, məhkəmə həkimi müstəntiqə itkin düşmüş insanın və
ya cinayətkarın şəxsiyyətini təsdiq edə bilən sənədlərin və müəyyən
obyektlərin, o cümlədən qan izlərinin, ağız suyunun və digər
ifrazatların, tüklərin və s. tapılmasına və götürülməsinə yardım edir.
Götürmə, cinayət işi üçün vacib sayılan müəyyən əşya və
sənədlərin götürülməsi üçün həyata keçirilir. Axtarışdan fərqli olaraq,
götürmə zamanı götürüləcək sənədlərin və əşyaların harada və kimdə
olması dəqiq məlum olur.
Götürmə zamanı bir çox hallarda məhkəmə-tibb ekspertləri
mütəxəssis kimi deyil, dövlət məhkəmə ekspert idarəsinin vəzifəli
şəxsləri kimi iştirak edirlər. Nümunə kimi, müstəntiqin cinayət işinə
əlavə olunması nə-zərdə tutulmuş maddi sübutların (müayinə
olunacaq obyektlərlə birgə, məhkəmə-ekspert idarəsinə gətirilən
paltarların, qiymətli əşyaların və digər əşyaların) götürülməsini
göstərmək olar. Eyni götürülmə qaydası müqayisəli müayinə üçün
nümunələrə münasibətdə də nəzərdə tutulub. Bu nümunələr
mütəxəssisin öncə keçirdiyi müayinələr zamanı əldə edilir və digər
|