Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə147/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   143   144   145   146   147   148   149   150   ...   516
 

Şakir Musayev  

 

144



və video yazılar istintaq hərəkəti qurtardıqdan sonra bütövlüklə 

yenidən baxılır.  

Protokolun yekun hissəsində müstəntiq mütəxəssisin  təklif və 

etirazlarını qeyd edir. Mütəxəssisə  və digər iştirakçılara protokola 

əlavə  və  dəqiqləşdirmələr etmək haqqında fikir və müşahidələrini 

qeyd edə bilməsi hüquqlarını aydınlaşdırır. Protokolun 

dəqiqləşdirilməsi və tamamlanması ilə  əlaqədar mütəxəssisin 

göstərdiyi istənilən müşahidə və fikirləri, mütləq qaydada protokolda 

öz  əksini tapmalıdır. Məsələn, funksiyasını yerinə yetirməkdə mane 

olan  şəraitlər (kifayət qədər işıqlanmanın olmaması,  əlverişsiz hava 

şəraiti və s.), yerinə yetirdiyi hərəkət  şərtlərinə  əməl olunub-

olunmaması, müstəntiqin istintaq hərəkətinin digər iştirakçılarına 

verdiyi sualların məzmununun dəqiqləşdirilməsi, yazılmış ifadələrin 

dəqiq və tamlığı barədə və digərləri aid ola bilər.  

Mütəxəssisin bütün fikir və mülahizələrinin hamısının protokola 

qeyd edilməsi vacib deyil. Bu bildirişlər istintaq hərəkətinin 

keçirilməsi taktikasına, onun gedişi və 

nəticələrinin 

qiymətləndirilməsinə, alınmış  nəticələrin etibarlığına toxunursa, 

müstəntiq onlardan imtina edə bilər. Sübutların qiymətləndirilməsinə 

yönəlmiş belə fikir və mülahizələr məhkəmə  və müstəntiqin 

səlahiyyətinə aid olduğundan, onunla razılaşıb-razılaşmamaq onların 

hüququdur. Mütəxəssis təşkilati, icra və dindirmənin nəticələrinə aid 

bütün məsələlər barədə öz fikrini şifahi söyləyə bilər və  təcrübəli 

müstəntiq onun bütün bildiriş və fikirlərini diqqətsiz qoymaz. 

Protokolu müstəntiq, mütəxəssis və istintaq hərəkətinin icrasında 

iştirak edən digər  şəxslər imzalayırlar.  İmza atmamışdan  əvvəl, 

mütəxəssis protokolun mətnində öz hərəkətlərinin və  əldə edilən 

məlumatların düzgün, dəqiq və bütövlükdə  şərh olunmasına  əmin 

olmalıdır. Qanun istintaq hərəkətində  iştirak edən bütün şəxslərin 

protokolla tanış olmasının mütləqliyini göstərir. Oxunmadan 

protokolun imzalanması ciddi taktiki səhvdir. Bəzən bu səhv mühüm 

məlumatların bərpa olunmaz halda itməsinə, mütəxəssisin 

dindirilməsi və ya istintaq hərəkətlərinin təkrar keçirilməsi zərurətinə 

səbəb olur. Bütün əlavə  və düzəlişlər göstərilməli, mütəxəssis və 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin