Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
141
mütəxəssis istintaq hərəkətinin planlaşdırılması vaxtı (əgər təcili
xarakter daşımırsa) hal şahidlərinin seçilməsində müstəntiqin
diqqətini onların sağlamlıq vəziyyətinə, müşahidə etdiklərini düzgün
və dəqiq qavrayıb, yadda saxlamaq qabiliyyətlərinə yönəldə bilər.
Prosessual hərəkətlər keçirilərkən mütəxəssis öz işini elə təşkil
etməlidir ki, hal şahidləri onun hərəkətlərinin gedişini müşahidə edə
bilsinlər. Onlarda məhkəmə həkiminin rolu barədə aydın təsəvvür
yaransın və sonradan təyin etdikləri faktları təsdiqləsinlər. Əlavə
olaraq, faktlara və obyektlərin konkret xüsusiyyətlərinə hal
şahidlərinin diqqətini yönəltmək iş üçün əhəmiyyətlidir.
Hal şahidlərinin, şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxslərlə
və onların qanunu nümayəndələri ilə, şahid və istintaq hərəkətlərinin
digər iştirakçıları ilə qarşılıqlı əlaqəsi aşağıdakı şərtlərə cavab
verməlidir:
− Bu şəxslərin qanunu hüquqlarına riayət edilməklə CPM
çərçivəsində hərəkət etmək (prosessual-hüquqi şərt);
− Şərəf və ləyaqətinin alçaldılmasının yol verilməzliyi (mənəvi-
etik şərt);
− Bilərəkdən aldatma və faktların təhrif edilməsi (cinayət-hüquqi
şərt).
Qanuna görə istintaq hərəkətinin keçirilməsi və onun nəticəsinin
tərtib edilməsi müstəntiqin vəzifəsinə aiddir. Lakin, yekun mərhələdə
mütəxəssis kənarda müşahidəçi qismində qalmır. Mütəxəssis
protokolu imzalamaqla kifayətlənmir, onun tərtibində müstəntiqə
yardım edir. İstintaq hərəkətlərində ekspertin və ya mütəxəssisin
iştirakının protokolda yalnız onun imzası ilə təsdiqlənməsi hallarını
mütəxəssis işində ciddi metodik qüsurlar kimi qəbul etmək olar.
CPM-nın 134.1 maddəsi protokol tərtibinin mütləqliyini təyin
edir. Protokola cinayət prosesində istintaq və ya məhkəmə
hərəkətlərinin gedişini və nəticələrini təsbit edən əsas sənəd kimi
baxılır, orada qeyd olunan faktlar və hallar isə iş üzrə sübut sayılır
(maddə 134.2.). Əgər protokol tərtib edilməmişsə və ya qanunun
tələblərinin ciddi pozulması ilə tərtib edilmişsə istintaq hərəkətlərinin
nəticəsi sübutedici əhəmiyyətini itirir (maddə 134.4.).
|