Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
139
digər maddələri (atropin və pilokarpin, «Qemofan» reagenti və s.),
nişanlayıcı, qablaşdırıcı və dezinfeksiyaedici materiallar daxildir.
Əlavə vasitələrə foto, kino və ya video cihazlar aiddir. Texniki və
digər vasitələr tətbiq edildikdə istintaq hərəkətlərinin keçirilməsində
iştirak edənlər xəbərdar edilməli və protokolda müvafiq qeydiyyat
aparılmalıdır.
Mütəxəssis tərəfindən əlavə texniki vasitələrin, qurğuların və
materialların tətbiq olunması hər şeydən əvvəl izlərin və aşkar
edilmiş obyektlərin tapılmasına, baxılmasına, təsbit edilməsinə,
götürülməsinə və qablaşdırılmasına doğru yönəlmişdir. Prosessual
hərəkətin keçirildiyi yerdə ilkin tədqiqatların aparılmasının
mümkünlüyü, həmin hərəkətlərin operativ xarakteri və müstəntiqlə
razılaşdırmanın vacibliyi baxımından məhduddur. Yenidən aşkar
edilmiş iz və obyektlərin ilkin tədqiqatı yalnız ekspert praktikasında
istifadəsi bəyənilmiş və rəsmən məsləhət görülmüş, obyektlərin
maksimal dərəcədə saxlanılmasını təmin edən, sonrakı ekspertizaların
keçirilməsinə mane olmayan, düzgün və aydın nəticələr verən üsul və
vasitələrlə aparılmalıdır. Bütün istintaq hərəkəti iştirakçıları
tərəfindən nəticələri əyani surətdə qavranılan və ya başa düşülməsi
aydın olan metodlara üstünlük verilir. İstifadə olunan vasitə və
üsullar obyektlərin dağılmasına səbəb olmamalıdır. Obyektlərin
dağılmasına müstəntiqin icazəsi ilə, o halda yol verilir ki, iz və
obyektlərin bütövlüklə götürülməsi və ya yerində keçirilən tədbirlərlə
belə, obyektin tam tədqiqatı mümkün olmur. Bu vaxt obyektin
mütləq ilkin sənədləşdirilməsi - protokolda ətraflı təsviri, sxem tərtib
edilməli, şəkil və video çəkilişlər aparılmalıdır.
Mütəxəssis müxtəlif ləvazimatlardan istifadə etdikdə
təhlükəsizlik qaydalarına ətrafdakıları da nəzərə almaqla, riayət
etməlidir. Bir çox etik məsələlərdə diqqətli olmalıdır. Məsələn;
meyitə baxış keçirildikdə, istintaq hərəkətinin keçirilməsində iştirak
edənlər, xüsusən də mərhumun yaxınları və qohumları tərəfindən
mütəxəssisin fəaliyyəti psixoloji olaraq mənfi qəbul edilə bilər.
Mütəxəssis, lazım olduqda sübutların tapılması, təsbit edilməsi və
götürülməsi ilə bağlı təkliflər edir, onların istintaq hərəkətinin
protokoluna salınmasına nəzarət edir, səlahiyyətinə aid məsələlərdə
|