Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
135
edilməsi səbəbləri, qarşısında qoyulan vəzifələrin həll edilməsinin
mümkün olub-olması və ya digər prosessual hərəkətlərin vacibliyi
aydın olmalıdır.
İşə hazırlıq görərkən qarşıya qoyulan məsələlərdən asılı olaraq
mütəxəssisə əvvəllər keçirilmiş ekspert tədqiqatları nəticəsi barədə,
travma alətinin xüsusiyyətləri, cinayət iştirakçılarının və şahidlərin
şəxsiyyəti (onların sağlamlıq vəziyyəti, fiziki və antropometrik
məlumatları, peşə bilikləri və hər-hansı bir sahədə bacarıqları haqda)
barədə məlumatlar lazım ola bilər. Bu hallara görə mütəxəssisin
lazımi məlumatların ona verilməsi və ya müvafiq iş materialları ilə
tanış olmaq üçün müstəntiqə müraciət etmək hüququ vardır. İş
materiallarına istintaqı aparılan hadisənin iştirakçıları və şahidlərinin
dindirmə protokolları, tibbi sənədlər, iş üzrə əvvəllər keçirilmiş
ekspertizaların və idarə yoxlama aktları aiddir. İstintaq hərəkətlərinin
təşkili və təhlükəsizliyi, onun iştirakçıları ilə ünsiyyət qurmaq
taktikası nöqteyi-nəzərindən şübhəli şəxslərin (təqsirkarın) psixi
vəziyyətinin və qeyri adekvat hərəkətlərinin mövcudluğunun
əvvəlcədən öyrənilməsi məqsədəuyğundur.
Mütəxəssis təqdim olunmuş bütün materialların hərtərəfli
öyrənilməsinin nəticələrinə əsaslanaraq, qarşısında qoyulmuş
məsələlərin həllinin mümkünlüyü bərədə digər istintaq hərəkətlərinin
keçirilməsi məqsədəuyğunluğunu müəyyən etməli və müstəntiqə
məlumat verməlidir. Lazım gəldikdə isə müvafiq təklif və xahişlər
etməlidir.
Mütəxəssis biliklərinə və analoji istintaq hərəkətlərində iştirak
təcrübəsinə əsaslanaraq o, istintaq hərəkətləri keçirilməsinin ən
əlverişli vaxtı, yeri və digər şəraiti barədə müstəntiqə məsləhət verə
bilər. Məsələn, istintaq eksperimentini planlaşdırdıqda hadisə yeri
şəraitinin bərpasının vacibliyi və onun həcmi barədə. Lazım olduqda
mütəxəssis qarşıya qoyulmuş məsələlərin səmərəli və ardıcıl həlli
üçün öz fikrini bildirir. Xüsusi ləvazimatın və yardımçı texniki
vasitələrin hazır olmasını yoxlayır. Travma alətinin maketinin, onun
oxşarının seçilməsi və hazırlanması barədə müstəntiqə məsləhət verir,
istintaq hərəkətinin hazırlığı və keçirilməsinin təşkilati-taktiki
məsələlərini onunla razılaşdırır.
|