Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə140/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

137



fəaliyyətinin hansı  dərəcədə müvəffəqiyyətli olması, ilkin 

planlaşdırmanın tamlığından, qanunun müəyyən müddəalarına və 

müstəntiqlə qarşılıqlı  əlaqənin təşkili və taktikasına dair təcrübədən 

doğmuş tövsiyələrə riayət etməsindən asılıdır.  

Öncə, müstəntiq (hakim) mütəxəssisin  şəxsiyyətinə  əmin olur, 

mütəxəssisin göstərdiyi məlumatlarla, onun pasport və ya xidməti 

vəsiqəsindəki məlumatları tutuşdurur, iş yerini və  vəzifəsini 

dəqiqləşdirir. Lazım gəldikdə  səlahiyyətini təsdiq edən sənəd tələb 

edir. Bundan sonra istintaq hərəkətlərinin bütün iştirakçılarına, o 

cümlədən mütəxəssisə, onların prosessual hüquq və  vəzifələrinin, 

eləcədə imtina və ya boyun qaçırmanın məsuliyyəti izah edilir. Öz 

vəzifələrini yerinə yetirməkdən imtina etməyə görə mütəxəssis 

protokola imza atmağı ilə  xəbərdar edilir. Protokolda mütəxəssisin 

imzasının olmaması ciddi prosessual pozuntu kimi qiymətləndirilir. 

Mütəxəssisin, istintaq hərəkətlərinin təşkilinə aid məsələlər 

barədə xahişlə müstəntiqə müraciət etmək hüququ vardır. O, yerində 

iştirakçılarla və  vəziyyətlə tanış olur, iş üçün lazımı  şərait 

yaradılmasında və məsələlərin həllində müstəntiqə köməklik göstərir. 

Məsələn, hadisə yeri şəraitinin bərpasında statistlərin 

müəyyənləşdirilməsində, uyğun işıqlanmanın və meyitin tanınma 

üçün təqdim edildikdə onun xarici görünüşünün bərpa edilməsinin 

təmin olunmasında iştirak edir, texniki vasitələri iş üçün hazırlayır və 

sair.  İstintaq hərəkətindən  əvvəl yerində keçirilən bütün ilkin 

hərəkətlər protokolda ətraflı təsbit edilir. Bu çox mühüm mərhələdir 

və mütəxəssislər bəzən buna lazımi diqqət yetirmir. Müvafiq 

hazırlığa  əhəmiyyət verilmədikdə, alınmış  nəticələrin doğruluğu və 

onların sübutu mənası  şübhə doğura bilər. Bəzi hallar isə, istintaq 

hərəkəti iştirakçılarının həyat və sağlamlıqları üçün çox təhlükəli ola 

bilər (məsələn, tam söndürülməmiş yanğın mənbələrinə  və elektrik 

cərəyanı tam kəsilməmiş yerlərə baxış keçirdikdə).   

Mütəxəssis öz fəaliyyətini yalnız müstəntiqin göstərişi və icazəsi 

ilə  həyata keçirir. Eyni vaxtda istintaq hərəkətinin rəhbəri kimi 

müstəntiq mütəxəssis işinə görə  də  məsuliyyət daşıyır. Bu mənada 

müstəntiqin rəhbər və nəzarətedici rolu müəyyən həcmdə məhkəmə-

tibbi biliklərə malik olmadıqda çox güman ki, səmərəli olmur. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin