Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə127/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   123   124   125   126   127   128   129   130   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

123



xüsusiyyətləri bundan ibarətdir. Mütəxəssis dindirilən  şəxslə 

psixoloji təmasa girməyə, onun şəxsiyyətinin xüsusiyyətlərini, psixiki 

vəziyyətini, məlumatları yadda saxlama, canlandırma və qavrama 

qabiliyyətini nəzərə almağa məcburdur. O, istintaq hərəkətlərində bir 

qayda olaraq şübhəli  şəxslə (təqsirkarla), zərərçəkənlə  və  şahidlə 

birbaşa adi ünsiyyətdə deyil, istintaqı aparılan hadisənin şəraitlərinin 

yenidən qurulması və nümunələrin götürülməsi prosesinin tələblərinə 

uyğün fəal qarşılıqlı əlaqədə olur. 

Göstərilən prosessual hərəkətlər, müxtəlif sübutlar arasında olan 

ziddiyyətləri müəyyən edərək onların aradan qaldırılması  və yaxud 

xüsusi ekspert tədqiqatlarının keçirilməsi mümkünlüyünü təmin 

etmək üçün, faktiki məlumatların ekspert fərziyyələrinin və ya şəxsi 

istintaq variantının yoxlanılması  və  dəqiqləşdirilməsi məqsədilə 

keçirilir. Bu məsələlər istintaqı aparılan cinayətin ayrı-ayrı hallarının 

canlandırılması, yenidən qurulmuş  şəraitlərin işdəki digər 

məlumatlarla, məsələn, hadisə yerinin şəraiti ilə  tutuşdurulması və ya 

müqayisəli nümunələrin alınması yolu ilə aparılır. 

Bu vaxt mütəxəssis prosessual hərəkətlərin səmərəli təşkilində, 

onun keçirilməsi üçün lazımi  şəraitin yaradılmasında və  təcrübə 

nəticələrinin  əvvəllər düzgün müəyyən olunmuş  məlumatlarla 

müqayisəsində müstəntiqə yaxından köməklik göstərir. Burada 

mütəxəssisin aparıcı funksiyası  təşkilatı-taktik fəaliyyətidir və 

məqsəd müstəntiqə texniki köməklik göstərməkdir. Onun işində 

müşahidə, sorğu, tutuşdurma və müqayisə etmə, təsvir etmə, yenidən 

qurma, modelləşdirmə, eksperiment və ümumiləşdirmə əsas metodlar 

kimi xüsusi əhəmiyyət kəsb edir. 

Qeyd olunann prosessual hərəkətlər qrupunun ayrılması  şərtidir 

və  əsas məqsəd məhkəmə-təbabəti üzrə mütəxəssisin fəaliyyətini 

nizama salmaqdır. Təcrübədə prosessual hərəkətlər eyni zamanda 

aparıldığı üçün mütəxəssisin funksiya və iş metodları kəsişir. Belə ki, 

hadisə yerinə baxış zamanı ekshumasiya və tanınmanın keçirilməsi, 

istintaq eksperimenti keçirildikdə müqayisəli tədqiqat üçün 

nümunələrin götürülməsi mümkündür. İfadələrin yerində 

yoxlanılması gedişində isə, müvafiq yerə  və  əşyalara mütləq baxış 

keçirilməlidir. Belə münasibətə istintaq hərəkətlərinin dördüncü 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin