Şakir Musayev
120
biliklərin istifadəsinin səmərəli rejimini, qanunçuluğunu və
obyektivliyini təmin edir.
Məhkəmə-tibbi və digər xüsusi biliklərdən istifadənin əsas
məqsədi istintaq hərəkətlərinin səmərəliliyinə və nəticə etibarlılığına
ən yüksək dərəcədə nail olmaqdır.
Məhkəmə-təbabəti mütəxəssisinin konkret vəzifəsi istintaqı
aparılan cinayətin xarakteri və istintaq hərəkətinin növü ilə təyin
edilir. Vəzifələrin müxtəlif olmasına baxmayaraq məhkəmə-təbabəti
sahəsində mütəxəssisin əsas funksiyalarını aşağıdakı dörd qrupa
bölmək olar:
1. İstintaq hərəkətinin hazırlığı, planlaşdırılması və keçirilməsi
üçün təşkilati qərarların qəbul edilməsində müstəntiqə kömək etmək
- mütəxəssisin təşkilatı-taktiki funksiyası.
2. Müstəntiqə axtarışda, baxışda, təsvir etmədə və digər üsulla
təsbit etmədə, eləcə də sübutların götürülməsində (əşyaların, izlərin,
sənəd və digər obyektlərin), obyektlərin seçilməsində, sonrakı
ekspert tədqiqatları üçün nümunələrin götürülməsində yardım
göstərmək - mütəxəssisin axtarış-tədqiqat funksiyası.
3. Hadisə yeri şəraitinin və şərtlərinin bərpasında, onun yenidən
canlandırılmasında, protokol, sxem, şəkillər, layihələr tərtib
edilməsində və bu məqsədlə xüsusi elmi-texniki vasitələrdən
istifadə etməkdə müstəntiqə yardım etmək - mütəxəssisin yardımçı-
texniki funksiyası.
4. Müstəntiqə, məhkəməyə və cinayət mühakimə icraatının digər
iştirakçılarına xüsusi terminologiyanın, xüsusi tibbi xarakterə malik
və mütəxəssisin peşə səlahiyyəti sahəsinə aid təzahür və sualların
mahiyyətini izah etmək, istifadə olunan texniki vəsaitlərin təyinat
xüsusiyyətlərini göstərmək, müstəntiqə ekspert qarşısında qoyulan
sualların formalaşmasında yardım etmək - mütəxəssisin məlumat-
konsultativ funksiyası.
Toplanmış materiallarla (tədqiqat obyektləri) işləyən ekspertdən
fərqli olaraq, mütəxəssis fəaliyyəti hər şeydən əvvəl, həmin
obyektlərin və digər faktiki məlumatların axtarılmasına, təsbit
edilməsinə və götürülməsinə doğru yönəlir.
|