Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə122/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   118   119   120   121   122   123   124   125   ...   516
 

Şakir Musayev  

 

118



bu növünün ştatla təminatının nizama salınmaması  məsələnin  əsaslı 

həllini ləngidir. 

Prosessual hərəkətlərdə mütəxəssis fəaliyyətinin səviyyəsi təkcə 

onun  şəxsi bilik və  iş  təcrübəsindən asılı olmaqla yanaşı, cinayət 

mühakimə icraatının digər iştirakçıları ilə düzgün qarşılıqlı  əlaqə 

yarada bilməsi bacarığından asılıdır. 

Hər bir prosessual hərəkət yalnız ayrı-ayrı qanun normaları ilə 

nizamlanmır. Eyni zamanda, bu prosessual hərəkətlər istintaq 

məhkəmə orqanları  tərəfindən mütəxəssis qarşısında qoyulan 

vəzifələrlə  və onun iş metodları ilə  fərqlənir. Bütün istintaq 

hərəkətlərinin icrası üçün ümumi olan, mütəxəssis iştirakının təşkili 

və taktiki prinsiplərini müəyyən etmək olar. Bu prinsiplərə məhkəmə-

tibbi biliklərdən daha səmərəli istifadə edilməsinə yönəlmiş  bəzi 

ümumməcburi təlimat və tövsiyələr aiddir. CPM-nin tələblərinə 

əsaslanmış ümumi təlimatlar aşağıdakılardan ibarətdir: 

Qanunçuluq - mütəxəssisin məhkəmə-ekspert fəaliyyətini 

nizamlayan qanun və digər normativ hüququ aktların tələblərinə ciddi 

əməl etməsidir. 

Obyektivlik, hərtərəflilik və tamlılıq - mütəxəssisin səlahiyyəti 

çərçivəsində qarşıya qoyulmuş sualların tam həllini təmin edən, 

müasir elmi əsaslandırılmış, səmərəliliyini təcrübədə göstərmiş  və 

imkan daxilində  rəsmi tövsiyə olunmuş metodların və texniki 

vəsaitlərin mütəxəssis tərəfindən tətbiq edilməsidir.  

Vətəndaşın hüquq və azadlığına, tibbi etika və deontologiya 

normalarına riayət etmək - insan hüquqlarını pozan hərəkətlərin, 

istintaq hərəkəti iştirakçılarının  şərəf və  ləyaqətinin mənəvi 

alçaldılması kimi qəbul edilə bilən hərəkətlərin istisna olunmasıdır.  

Mütəxəssisin müstəqilliyi - qanunla verilmiş hüquqların 

reallaşdırılması, hər hansı bir proses iştirakçısının və digər şəxslərin 

marağına uyğun məlumatların alınması məqsədilə mütəxəssisə təzyiq 

edilməsinə yol verilməməsidir. 

Vaxtlı-vaxtında və operativlik - sübutedici informasiyanın 

saxlanmasının təmini və onun hadisə  şəraitinin bərpasında istifadə 

edilməsi imkanı üçün istintaq hərəkətlərinə mütəxəssisin vaxtlı-

vaxtında və operativ cəlb edilməsidir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin