Şakir Musayev
114
sahəsində mütəxəssislərin) iştirakı ilə elmi-məsləhətçi işçi
qruplarının;
- fövqəladə halların (kütləvi ölümlə nəticələnən təbii, texnoloji
fəlakətlər və s) nəticələrinin aradan qaldırılması şəraitində işləyən
mobil ekspert və istintaq-əməliyyat qruplarının.
Müştərək fəaliyyətin müsbət təcrübələrinin ümumiləşdirilməsi və
onların tətbiqi, hüquq-mühafizə orqanlarının fəaliyyətinin məhkəmə-
tibbi təminatının səmərəliliyinin artırılması yollarının təyini, təşkilati-
ştat strukturunun, maddi-texniki bazanın, əməkdaşlıq edən
subyektlərin işlərinin prosessual və metodik əsaslarının
təkmilləşdirilməsi aşağıdakı yollar ilə həyata keçirilir:
- müsbət təcrübənin ümumiləşdirilməsi, məhkəmə-tibbi
ekspertiza təşkilinin bütün səviyyələrində (Respublika tabeli
mərkəzləşdirilmiş şəhər və rayon şöbələri) yaranan qarşılıqlı iradların
və çatışmamazlıqların müzakirəsi və onların aradan qaldırılması üçün
tədbirlərin görülməsi üzrə birgə müşavirələrin keçirilməsi;
- birgə işin təşkili üzrə əmrlərin hazırlanması, razılaşdırılması
və yerinə yetirilməsinə nəzarət edilməsi;
- məhkəmə-tibbi xidmətin və hüquq-mühafizə orqanlarının
işinin təkmilləşdirilməsinə dair təklifləri əks etdirən analitik
materialların və məktubların yuxarı instansiya idarəetmə orqanlarına
hazırlanıb göndərilməsi;
Məhkəmə-tibbi ekspertiza məsələləri üzrə hüquq-mühafizə
orqanları əməkdaşlarının professional hazırlığının və məhkəmə-tibb
ekspertlərinin hüquqi
hazırlığının təkmilləşdirilməsi aşağıdakı formada həyata keçirilə
bilər:
♦ müstəntiq, hakim və daxili işlər orqanlarının əməliyyat heyəti
üçün məhkəmə-tibbi ekspertiza məsələləri, ekspert idarəsinin işinin
təşkili, ekspert fəaliyyətini tənzimləyən qanunverici və təşkilati
normativ-metodik sənədlərin məzmunu, ekspertizaların qeydiyyatının
təşkili və bu qeydiyyatların istintaqın marağında istifadə imkanları və
digər məsələlər üzrə həsr edilmiş mühazirələrin və tematik
məşğələlərin keçirilməsi;
|