Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
69
başa düşə biləcəyi formada məlumatlandırılmalıdır. Qeyd olunan
məlumat müvafiq vəsatət vermiş, məhkəmə ekspertizası aparılacaq
şəxsin qanuni nümayəndəsinə də təqdim olunur;
- məhkəmə ekspertizası aparılacaq şəxsin hazırkı ekspertizanın
predmetinə aid izahat vermək hüququ vardır (nəzərə alaraq ki,
ekspertizanın keçirilməsi üçün vacib olan materialları ekspertin
sərbəst toplaya bilmək hüququ yoxdur, həmin izahları müstəntiqin
tərtib etdiyi dindirmə protokoluna təsbit etmək məqsədə uyğundur);
- ekspert məhkəmə ekspertizası apardığı şəxsdən aldığı
məlumata görə, əgər bu məlumat məhkəmə ekspertizası predmetinə
aid deyilsə, dindirilə bilməz;
- müstəntiqin məhkəmə ekspertizasının icrası zamanı iştirak
etmək və ekspertdən apardığı hərəkətlərə görə izah tələb etmək
hüququ var (bütün izahları ekspert şifahi verir);
- ekspertin şifahi xahişi və ya vəsatəti istintaq hərəkətlərinin və
ya məhkəmə iclasının protokoluna mütləq əlavə olunmalıdır; yazılı
vəsatət isə cinayət işinə tikilir;
- ekspert rəyi iş üzrə sübut növü olduğuna görə, məhkəmə
iclasında bilavasitə tədqiq olunmalı və açıqlanmalıdır;
- əvvəl verilmiş ekspert rəyinə əlavələr etmək və aydınlıq
gətirmək üçün ekspertin dindirilməsinin mümkünlüyü qanunla
nəzərdə tutulmuşdur;
- ekspert rəyi kifayət qədər tam və ya aydın olmadıqda, yaxud
əvvəl tədqiq olunmuş iş halları üzrə yeni suallar yaranarsa, əlavə
ekspertiza təyin oluna bilər;
- ekspert rəyinin əsaslandırılmasına və düzgünlüyünə şübhə
olduqda, ekspertin nəticəsində və ya ekspert rəyləri arasında
ziddiyyət olduqda və bunları ekspertin dindirilməsi yolu ilə aradan
qaldırmaq mümkün deyilsə, həmin suallar üzrə təkrar ekspertiza təyin
oluna bilər;
- şübhəli və təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş, mülki iddiaçı və mülki cavabdeh məhkəmə
ekspertizasının təyin olunması barədə vəsatət vermək (o cümlədən,
əlavə və ya təkrar), ekspertizanın təyin olunma qərarı ilə tanış olmaq,
ekspertə etiraz bildirmək və ya məhkəmə ekspertizasının dövlət
|