Şakir Musayev
66
etmir. Eyni zamanda belə qayda ekspert idarəsinin rəhbərinə
ekspertizanın icrasını idarənin müxtəlif struktur şöbələrinin bir neçə
ekspertinə həvalə etmək imkanı verir. Birliyin laborator üsullarla
fəaliyyət göstərən şöbə və bölmələrinin ekspertləri ekspertizanın
icrası və nəticələrinin tərtib olunması zamanı CPM-nin tələblərini
rəhbər tutmağa borcludur. Xüsusən, yerinə yetirilmiş tədqiqatların
gedişi və nəticələrini, onların fəaliyyət predmeti olmuş suallar üzrə
nəticələrə gəlməklə rəy tərtib etməlidirlər. Laborator tədqiqatların
nəticələrinə görə tərtib olunmuş ekspert rəyi, prosessual hüquqları,
vəzifələri və məsuliyyət daşıması barədə iltizamla birlikdə meyitin
ekspertizasını ekspertin rəyinə qoşma kimi baxılmalıdır.
Əgər ekspertizanın icrasında CPM-nin tələbləri pozulubsa,
ekspert rəyi hüququ qüvvəsini itirmiş hesab olunur. Bu zaman rəy
sübut növü kimi qəbul edilmir, ibtidai araşdırma mərhələsində
ittihamedici rəyə əlavə edilmir və iş üzrə bütün halların sübut
olunmasında istifadə oluna bilməz. Əgər rəy qanunun tələblərinin
pozulması ilə tərtib olunubsa, məhkəmə iclasında məhkəmə ekspert
rəyinin sübut növlərindən çıxarılması qərarını qəbul etmək
hüququndadır. Belə halda ekspert rəyi öz hüququ qüvvəsini itirir,
məhkəmə araşdırması zamanı tədqiq və istifadə oluna bilməz,
hökmün və ya digər məhkəmə qərarlarının əsasını təşkil edə bilməz.
Ekspert tərəfindən verilmiş rəy ekspertizanı təyin etmiş orqana və
ya şəxsə göndərilir. Ekspertizası aparılmış şəxsin və ya onun qanuni
nümayəndəsinin ekspert rəyi ilə tanış olması və rəyin şübhəli,
təqsirləndirilən şəxslərə və onun müdafiəçisinə təqdim olunması
CPM-nin müvafiq maddələrində nəzərdə tutulmuşdur. Bunun təmin
edilməsinə razılıq təhqiqatçı, müstəntiq və hakim tərəfindən verilir.
|