Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə69/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   65   66   67   68   69   70   71   72   ...   516
 

Şakir Musayev  

 

64



2.5. Ekspert rəyi. 

 

Ekspertizanın nəticələrinə görə xüsusi prosessual sənəd - ekspert 



rəyi tərtib edilir. Ekspert rəyinə  iş üzrə sübut kimi baxılır 

(CPM,maddə 124.2.2). 

Ekspert rəyi, ekspertin adından, yazılı  şəkildə  tərtib olunur və 

məzmununa görə aparılmış  tədqiqatlardan, cinayət işinin icrasını 

aparan  şəxs tərəfdən ekspertin qarşısına qoyduğu suallara uyğun 

gələn nəticələrdən ibarətdir (CPM, maddə 271; D.M.E.F.H.Q., maddə 

26).  Əgər qarşıya qoyulmuş suallara cavab verilməsi üçün tədqiqat 

aparılması  tələb olunmursa, bu zaman xüsusi biliklərin tətbiqindən 

digər formada - ekspertin dindirilməsi, istintaq hərəkətlərində 

mütəxəssisin iştirakı, məsləhət, arayış və s. formada istifadə olunur. 

Ekspert rəyinin məzmunu qanunla müəyyən edilmişdir. CPM-nin 

271.2 və D.M.E.F.H.Q.-nun 26-cı maddələrinə uyğun olaraq ekspert 

və ya ekspert komissiyasının rəyində aşağıdakılar əks olunmalıdır: 

-  ekspertizanın aparılma vaxtı, tarixi və yeri; 

-  ekspertizanın aparılmasına əsas; 

-  ekspertizanı təyin etmiş orqan və ya şəxs barəsində məlumat; 

-  dövlət məhkəmə ekspert idarəsi barədə  və ekspertizanın icrası 

tapşırılmış ekspert barədə məlumat (soyadı, adı, atasının adı, təhsili, 

ixtisası, iş təcrübəsi, elmi dərəcəsi, elmi adı və tutduğu vəzifə); 

-  ekspertin bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti 

daşıması barədə xəbərdarlıq olunması haqqında məlumat; 

-  tədqiqat obyektləri və ekspertiza aparılması üçün ekspertə 

təqdim olunmuş materiallar; 

-  ekspertizanın icrasında iştirak etmiş proses iştirakçıları və digər 

şəxslər barədə məlumat; 

-  tətbiq olunmuş metodları göstərməklə tədqiqatların məzmunu və 

nəticəsi; 

-  müqayisəli tədqiqat üçün nümunələrin alınması barədə məlumat; 

-  tədqiqatın nəticələrinin qiymətləndirilməsi, qarşıya qoyulmuş 

suallar üzrə nəticələr və onların əsaslandırılması. 

Rəy ekspertin (və ya ekspert komissiyasının) öz adından, apardığı 

tədqiqatlar  əsasında onların nəticələri nəzərə alınmaqla verilir. Rəy 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin