Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə66/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

61



müəssisənin müdiriyyəti ekspertizanın aparılması üçün ekspertin 

həmin müəssisəyə daxil olmasını (ekspertizanı  təyin etmiş  şəxsin 

yazılı icazəsi ilə), avadanlığı olan otaqla təmin edir, zərurət yaranarsa 

şübhəli və ya təqsirləndirilən şəxsi tibbi stasionara yerləşdirir. 

Qanun ekspertizanın mütləq aparılmasını göstərən halları 

müəyyən etmişdir (CPM, maddə 140). Məhkəmə-tibbi ekspertizanın 

mütləq təyin olunması zamanı  aşağıdakıların aşkar olunması 

zəruridir: 

1. ölümün səbəbi; 

2. sağlamlığa zərərvurma dərəcəsi və xarakteri

3. təqsirləndirilən şəxsin cinayət mühakimə icraatında öz hüquq və 

qanuni maraqlarını sərbəst qorumaq qabiliyyətinə şübhə yarandıqda 

fiziki vəziyyəti; 

4. zərərçəkmiş  şəxsin iş üçün əhəmiyyəti olan halları düzgün 

qavramaq və onlar haqqında düzgün ifadələr vermək qabiliyyətinə 

şübhə yarandıqda onun fiziki vəziyyəti; 

5. şübhəli, təqsirləndirilən və  zərərçəkmiş  şəxslərin yaşını  təsdiq 

edən sənəd yoxdursa və ya şübhə yaradırsa və cinayət işi üçün 

əhəmiyyət kəsb edən hallarda, onların yaşının təyini. 

Məhkəmə-tibbi ekspertizaların keçirilməsinin vacibliyi bununla 

bitmir. Cinayətin açılması  və  tədqiqatı üçün əhəmiyyətli olan 

sualların ancaq xüsusi ekspert tədqiqatları yolu ilə  həllinin bir çox 

səbəbləri mövcuddur. CPM-də göstərilmiş «ekspertiza» anlayışının 

açıqlanmasında qanunla bu hal nəzərdə tutulmuşdur. 

Canlı  şəxsin məhkəmə-tibbi ekspertizası könüllü və  məcburi 

qaydada aparılır (D.M.E.F.H.Q. maddə 29). Məhkəmə 

ekspertizasının könüllü aparılacağı bir çox şəxslər və  məhkəmə 

ekspertizasının icra qaydasından istifadə edilməsi CPM-də  də öz 

əksini tapmışdır. Bu kateqoriyaya, adətən, zərərçəkmişlər və şahidlər 

aid edilir. 

D.M.E.F.H.Q.-nun 29-cu maddəsinə müvafiq olaraq dövlət 

məhkəmə-ekspert idarəsində könüllü qaydada ekspertiza aparılarkən, 

məhkəmə ekspertizası aparılacaq  şəxsin yazılı razılığı  təqdim 

olunmalıdır.  Əgər məhkəmə ekspertizası aparılacaq  şəxs 16 yaşına 

çatmamışsa və ya məhkəmə tərəfindən iş qabiliyyəti olmayan hesab 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin