Şakir Musayev
60
Ekspertizanın təyin olunması barədə qərar qəbul edildikdən sonra,
sədrlik edən tərəflərə ekspertə sualları yazılı şəkildə verməyi təklif
edir. Qoyulmuş suallar açıqlanmalı və məhkəmə araşdırıcılarının
fikirləri dinlənilməlidir. Suallara baxıldıqdan sonra, məhkəmə qərarı
və ya qərardadı ilə cinayət işinə aid olmayan və ekspertin səlahiyyəti
çərçivəsindən çıxan sualları kənarlaşdırır və yeni suallar tərtib edir.
Məhkəmə iclasında iştirak edən ekspert və ya mütəxəssis tərəflərin və
məhkəmənin təqdim etdiyi suallara, xüsusən də onların ekspertin
səlahiyyətinə uyğun olub-olmaması, bir neçə sualların tərtibində
düzəlişlər etmək və ya onları çıxarmaq, həmin sualların həll olunması
mümkünlüyü və ekspertizanın aparılma şəraiti haqqında öz fikrini
bildirir.
Qərardadın məzmunu ibtidai istintaqda məhkəmə ekspertizasının
təyin olunması qərarı ilə eynidir. Qərardadın (qərarın) sürəti ekspertə
təqdim olunur.
Məhkəməyə sədrlik edən şəxs ekspertlə razılaşdıqdan sonra,
müayinə və rəyin hazırlanması üçün lazım olan vaxtı, ekspertizanın
aparılma yerini müəyyən edir. Sonra məhkəmə iclasında fasilə elan
olunur və ya ekspertin iştirakı olmadan davam edir. Əgər ekspertiza
məhkəmədə aparılırsa, ekspert üçün iş şəraitini məhkəmə təmin edir.
Məhkəmə istintaqının gedişində ekspertizanın aparılması, cinayət
işinin ibtidai istintaqı mərhələsində məhkəmə ekspertizasının apa-
rılmasında olduğu kimidir. Konkret şəraitdən asılı olaraq ekspertiza
məhkəmədə və ya ondan kənar yerdə yerinə yetirilə bilər (xüsusi
avadanlıqlardan istifadə etməklə mürəkkəb tədqiqatların aparıl-
masının vacibliyi, şəxsin tibbi stasionara yerləşdirilməsi, tədqiqat
obyektinin məhkəməyə gətirilməsinin mümkünsüzlüyü və s.).
Ekspert rəyi yazılı şəkildə verilir. Əgər rəydə iş üçün əhəmiyyətli
hallar göstərilmişsə, məhkəmənin qərardadı və ya hakimin qərarı ilə
tam və ya hissəvi olaraq məhkəmədə açıqlana bilər. Ekspert rəyini,
açıqlanmağa vəsatət vermiş tərəf və ya məhkəmə açıqlayır.
Təcrübədə çox vaxt məhkəmə istintaqında aparılmış ekspertiza
rəyinin nəticəsi ekspertin özü tərəfindən açıqlanır.
Əgər ekspertiza qarovul altında və ya həbs yerində olan müttəhim
və ya təqsirləndirilən şəxs barəsində təyin olunmuşsa, onda müvafiq
|