Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə61/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   57   58   59   60   61   62   63   64   ...   516
 

Şakir Musayev  

 

56



Vəsatətə baxılması  və  həll olunması, vəsatəti verdikdən sonra 

olur. Əgər ibtidai araşdırma zamanı verilmiş vəsatəti təcili həll etmək 

mümkün deyilsə, onda müəyyənləşdirilmiş gündən gec olmayaraq 

həll edilməlidir. Vəsatət təmin edildikdə, tam və ya hissəvi imtina 

edildikdə  təhqiqatçı, müstəntiq, prokuror, hakim qərar çıxarır və 

ekspertin nəzərinə çatdırır. 

CPM-nin tələblərinə görə, ekspertə bunları etmək qadağandır: 

−  müstəntiqin və  məhkəmənin xəbəri olmadan məhkəmə 

ekspertizasının icrası ilə bağlı suallarla dair cinayət mühakimə 

icraatının iştirakçıları ilə danışıqlar aparmaq; 

−  ekspert tədqiqatı aparmaq üçün özü sərbəst materiallar toplamaq; 

−  təhqiqatçının, müstəntiqin, hakimin icazəsi olmadan obyektlərin 

tam və ya hissəvi ləğvi, xarici görünüşü və ya əsas xüsusiyyətlərinin 

dəyişməsi ilə nəticələnə biləcək tədqiqatlar aparmaq

−  ibtidai araşdırma zamanı ona cinayət işində ekspert kimi iştirak 

edərkən məlum olmuş  məlumatları yaymaq (əgər o əvvəlcədən bu 

barədə CPM-nin maddəsinə uyğun xəbərdar edilmişsə); 

−  əvvəlcədən bilə-bilə yalan rəy vermək. 

−  Bundan başqa, D.M.E.F.H.Q.-nun 12-ci maddəsinə müvafiq 

olaraq dövlət məhkəmə ekspertinə aşağıdakıları etmək qadağandır: 

−  dövlət məhkəmə ekspert idarəsinin rəhbərliyindən başqa, hər-

hansı bir orqan və ya şəxsdən məhkəmə ekspertizasının aparılması 

barədə tapşırıq almaq; 

−  başqa idarənin  əməkdaşı qismində, həmçinin özəl ekspert kimi 

məhkəmə-ekspertiza fəaliyyətini həyata keçirmək

−  proses iştirakçıları ilə şəxsi kontakt yaratmaq, əgər bu onun işin 

nəticəsi ilə maraqlı olmadığını şübhə altına salırsa; 

−  məhkəmə ekspertizasının nəticələri barədə, onu təyin etmiş orqan 

və ya şəxs istisna olmaqla, məlumat vermək (bu tələb ekspertizanın 

nəticələri haqda istənilən  şəxslərə, o cümlədən operativ-axtarış 

xidmətinin  əməkdaşlarına, ekspertizası aparılan  şəxslərə, onların 

qohumlarına və qanuni nümayəndələrinə, tibbi yardım göstərən tibb 

işçilərinə  və başqa məlumat verilə bilməsinin mümkünlüyünə aid 

edilir).  





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin