Şakir Musayev
52
baxılmalıdır. İxtisas kateqoriyasının olmaması eksperti ekspertiza
aparmaq hüququndan məhrum etmir.
Ekspertin prosessual vəziyyəti, qanunla onun üzərinə qoyulmuş
vəzifələrlə, ona verilmiş hüquq və məsuliyyəti ilə müəyyən edilir.
Göstərilən üç element ekspertin sərbəst və müstəqilliyi üçün,
həmçinin ekspert rəyinin tam və obyektivliyi üçün zəmanətdir (CPM,
maddə 97, D.M.E.F.H.Q. maddə 12 və 13; CM, maddə 297).
D.M.E.F.H.Q.-nun 13-cü maddəsinə müvafiq olaraq, aşağıda
göstərilənlər dövlət ekspertinin borcudur:
- dövlət məhkəmə-ekspert idarəsinin rəhbəri tərəfindən ona
həvalə edilmiş məhkəmə ekspertizasını icraata qəbul etməli;
- ona təqdim olunmuş bütün obyektlər və iş materialları üzrə
tam tədqiqat aparmalı;
- obyektlərin hissəvi və ya tam məhvinə ya da xarici
görünüşünün və ya əsas xassələrinin dəyişməsinə səbəb ola biləcək
tədqiqatların aparılmasının mümkünlüyünü təhqiqatçı, müstəntiq və
ya hakimlə razılaşdırmalı;
- qarşısına qoyulmuş suallara müvafiq əsaslandırılmış və
obyektiv rəy verməli;
- əgər qarşıya qoyulmuş suallar ekspertin xüsusi bilik
səviyyəsindən kənara çıxarsa, tədqiqat obyektivləri tədqiqatlar
aparılması və rəy verilməsi üçün yararsız haldadırsa və ya kifayət
etmirsə, eləcə də elmin hazırkı inkişafı qarşıya qoyulmuş suallara
cavab verilməsinə imkan vermirsə, rəy verilməsinin mümkünsüzlüyü
barədə əsaslandırılmış yazılı məlumat tərtib etməli və bu məlumatı
məhkəmə ekspertizasını təyin etmiş orqana və ya şəxsə göndərməli,
ekspert ekspertizanın aparılmasının mümkünsüzlüyü barədə ekspert
idarəsinin rəhbəri ilə məsləhətləşməlidir. O, ekspertin əsası ilə
razılaşıb-razılaşmaya bilər. Sonuncu halda idarənin rəhbəri
ekspertizanı icra etməsini ekspertdən tələb etmək hüququna ya da
həmin ekspertizanın aparılmasını digər ekspertə və ya ekspert
komissiyasına həvalə etmək hüququna malikdir ;
- məhkəmə ekspertizasının aparılması zamanı ona məlum olan
məlumatları, o cümlədən vətəndaşların konstitusiya hüquqlarını
|