Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
53
məhdudlaşdıran məlumatları, həmçinin qanunla qorunan dövlət və
kommersiya sirlərini yaymamalı;
- təqdim olunmuş tədqiqat obyektlərinin və iş materiallarının
saxlanılmasını təmin etməli.
Ekspert Azərbaycan Respublikasının prosessual
qanunvericiliyində göstərilən əsaslar mövcud olduqda, məhkəmə
ekspertizasının aparılmasında iştirakdan öz-özünə etiraz etməlidir,
məhkəmə ekspertizası ona tapşırıldıqda isə onun aparılmasını dərhal
dayandırmalıdır (CPM maddə 118; D.M.E.F.H.Q. maddə 24).
Aşağıdakı hallarda ekspertdən imtina edilir:
- hazırkı işin icrasında əvvəl, zərərçəkmiş, mülki iddiaçı, mülki
cavabdeh və ya şahid qismində iştirak etmişsə (işdə ekspert və ya
mütəxəssis kimi əvvəlki iştirakı, ekspertdən imtina etməyə əsas
vermir);
- hazırkı işlə əlaqədar iştirakçılardan hansı birininsə yaxın
qohumu olduqda;
- ekspertin səlahiyyətli olmaması aşkar olunarsa;
- tərəflərdən və ya onların nümayəndələrindən xidməti və ya
digər asılı olduqda;
- hazırkı cinayət işinin nəticəsi ilə şəxsən, birbaşa və dolayısı
ilə maraqlı olmalarına əsas verən digər hallarda;
- ekspertiza təyin edilməmişdən əvvəl, məhkəmə ekspertizası
aparılacaq canlı şəxsə tibbi yardım göstərmişsə.
Bu əsaslara görə şübhəli, təqsirləndirilən şəxslər, onların qanuni
nümayəndələri, müdafiəçi, dövlət ittihamçısı, zərərçəkmiş, mülki
iddiaçı, mülki cavabdeh və onların nümayəndələri tərəfindən ekspertə
etiraz edilə bilər. Cinayət işi üzrə məhkəməyə qədər icraatın
gedişində ekspertə etiraz edilmə barədə qərarı təhqiqatçı, müstəntiq
və ya prokuror, məhkəmə icraatında isə məhkəmə və ya hakim
tərəfindən qəbul edilir (CPM, maddə 118.3.).
Ekspert dindirilməyə çağırıldıqda, təhqiqatı aparan şəxsin,
müstəntiqin, prokurorun və ya məhkəmənin çağırışı ilə təyin olunmuş
müddətdə mütləq gəlməlidir və ya gəlməməyinin səbəbi barədə
əvvəlcədən məlumat verməlidir.
|