Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə60/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   56   57   58   59   60   61   62   63   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

55



−  komisyon və kompleks ekspertizaların fikir ayrılığına səbəb 

olmuş sual üzrə ayrıca rəy vermək; 

−  tədqiqatı dayandırmaq və ekspertə ekspertizanın 

aparılmasında mane olan istənilən proses iştirakçısının iştirak 

etməsi üçün icazənin ləğv olunması barədə ekspertizanı təyin etmiş 

orqan və ya şəxs qarşısında vəsatət vermək; 

−  məhkəmə ekspertizası  təyin edilmiş  şəxsin tibbi stasionarda 

qalma müddətinin uzadılması barədə vəsatət vermək; 

−  qoyulmuş suallar onun xüsusi biliyi (səlahiyyəti) 

çərçivəsindən kənara çıxırsa, o cümlədən  əgər o hesab edir ki, 

ekspertizanın icra edilməsi üçün lazımi biliyə malik deyil və ya 

əgər təqdim olunmuş materiallar rəy verilməsi üçün kifayət etmirsə 

və ekspertə  əlavə materialların təqdim olunmasından imtina 

edilibsə, rəy verməkdən imtina etməklə  qərarı icrasız geri 

qaytarmaq; 

−  tərcüməçi səlahiyyətsiz olduqda, ondan imtina barədə vəsatət 

bildirmək; 

−  cinayət işi aparılan dili bilmirsə, digər dildə ifadə vermək; 

−  prosessual hərəkətlərin aparılma yerinə  gəlməsinə  və 

qalmasına görə  sərf olunmuş  xərclərin ödənilməsini tələb etmək, 

həmçinin mühakimə icraatının gedişində öz vəzifəsinin icrasına 

görə mükafat almaq (xidməti tapşırıqların yerinə yetirilməsi halları 

istisna olmaqla). 

Ekspertin prosessual hərəkətlərin aparılması haqda vəsatət vermə, 

ona baxılma və icazə vermənin prosessual qaydası və ya cinayət işi 

üçün  əhəmiyyətli olan halların müəyyən edilməsi üçün prosessual 

qərarların qəbul edilməsi və onun qanuni hüquqlarının təmin 

olunması CPM-nin müvafiq maddələri ilə müəyyən olunur. 

Vəsatət ekspert tərəfindən təhqiqatçıya, müstəntiqə, prokurora və 

ya məhkəməyə verilir. Vəsatət cinayət işinin icrası zamanı istənilən 

vaxt verilə bilər. Yazılı vəsatət cinayət işinə tikilir, şifahi isə istintaq 

hərəkəti və ya məhkəmə iclasının protokoluna əlavə edilir. Vəsatətin 

qəbul olunmaması, eksperti onu yenidən bildirməsi hüququndan 

məhrum etmir. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin