Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə56/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

51



2.3. Məhkəmə-tibb ekspertinin 

prosessual vəziyyəti. 

 

Məhkəmə ekspertizasını cinayət-mühakimə icraatının xüsusi 



subyekti - ekspert aparır. CPM-nin 97-ci maddəsinə uyğun olaraq 

məhkəmə ekspertizasını xüsusi biliyə malik dövlət məhkəmə-

ekspertiza idarəsinin ekspertləri apara bilər.  

Birinci fəsildə CPM-də «ekspert» anlayışına müasir aydınlıq 

verilmişdir. D.M.E.F.H.Q.-nun 11-ci maddəsi məhkəmə-ekspertinin 

dövlət statusuna tətbiq oluna biləcək halları  dəqiqləşdirir: «Dövlət 

məhkəmə eksperti dövlət məhkəmə-ekspertiza idarəsinin attestasiya 

olunmuş işçisi olub, öz vəzifə borclarının icrası qaydasında məhkəmə 

ekspertizasını aparır». Dövlət ekspert idarəsində  işləməyən və 

məhkəmə ekspertizasının icrasına cəlb olunmuş  şəxsə  də, 

ekspertizanın icra müddətində dövlət məhkəmə-ekspert statusu tətbiq 

edilir. Belə hallarda müvəqqəti  əmək müqaviləsinin bağlanması 

məqsədəuyğundur. Ekspertizanın icrasına cəlb olunmuş şəxsin əmək 

haqqının ödənilməsi ilə yanaşı, onun vəzifə borcları da nəzərdə 

tutulmalıdır. 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dövlət məhkəmə-

tibbi ekspert idarəsində ekspert vəzifəsini ali tibbi təhsili və ya digər 

peşə  təhsili olan və sonradan konkret ekspert ixtisası üzrə hazırlıq 

keçmiş və Səhiyyə Nazirliyinin normativ hüquqi aktları ilə müəyyən 

olunmuş qaydada bu profil üzrə  sərbəst məhkəmə ekspertizası 

keçirmək hüququ almış Azərbaycan Respublikasının hər bir 

vətəndaşı tuta bilər. Ekspertin sərbəst ekspertiza aparması üçün əsas, 

Birliyin Baş direktorunun əmridir. Ekspertin attestasiyası haqqında 

qanunun tələbini belə başa düşmək lazımdır. 

Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya Birliyinin 

ekspertlərinin peşəkar hazırlıq səviyyəsinin müəyyən edilməsi və 

onların ixtisas dərəcələrinə görə attestasiyası, Səhiyyə Nazirliyinin 

normativ hüquqi aktlarının müəyyən etdiyi qaydada həyata keçirilir. 

Ekspertlərin peşəkar hazırlıq səviyyəsinə  hər beş ildən bir 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin