Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
49
9. sağlamlıq vəziyyətinin təyini ekspertizaları;
10. Dövlət əhəmiyyətli ilkin ekspertizalar;
11. əmək qabiliyyətinin dayanıqlı itirilməsinin təyini ekspertizaları.
Göstərilən siyahı şəraitdən asılı olaraq dəyişə bilər.
Ekspertizaların birincili olaraq komisyon qaydada icra edilməsi üçün
ümumi əsas, onların mürəkkəbliyi, icra olunmasına müxtəlif ixtisaslı
ekspertlərin cəlb olunmasının vacibliyi və onun sosial əhəmiyyəti
hesab olunur.
Ekspertin dövlət ekspert idarəsinin rəhbərinin və ekspertizanı
təyin etmiş şəxsin qarşısında, ekspertizanın aparılmasına digər
ixtisasdan olan mütəxəssisin cəlb edilməsi, yəni faktiki olaraq
komisyon qaydada yerinə yetirilməsi barədə vəsatət vermək hüququ
vardır (CPM, maddə 97.6.; D.M.E.F.H.Q. maddə 12).
Komisyon ekspertizanın icra edilməsi zamanı ekspertlər öz
aralarında istintaq tərəfindən qarşıya qoyulmuş suallara cavab
verilməsi üçün ekspertizanın məqsədi, ardıcıllığı və aparılacaq
tədqiqatların həcmi barəsində razılığa gəlirlər. Ekspertizanın
başlanmasından əvvəl ekspertlərin məsləhətləşmə keçirilməsi
məqsədəuyğundur.
Komissiya tərkibinə daxil olan ekspertlərin hamısı eyni vəzifəyə,
hüquqa malikdirlər və eyni dərəcədə məsuliyyət daşıyırlar.
Komissiyanın tərkibində olan hər bir ekspert müstəqil, sərbəst və tam
həcmdə tədqiqatlar aparır. Ekspertlərdən biri rəhbər (təşkilatçı)
ekspert rolunu yerinə yetirə bilər. Onun prosessual funksiyaları digər
ekspertlərin funksiyalarından fərqlənmir. Komissiyanın tərkibindən
sədr və ya aparıcı-ekspertin ayrılması qanunvericilikdə nəzərdə
tutulmayıb.
Məhkəmə ekspertizası eyni ixtisaslı ekspert komissiyası
tərəfindən aparıldıqda, analiz və nəticələrin qiymətləndirilməsi,
tədqiqatı şəxsən apararaq, müvafiq nəticələr almış ekspert tərəfindən
və ya digər ekspertlərlə birlikdə aparıla bilər.
Müxtəlif ixtisaslı ekspertlər tərəfindən komisyon ekspertizanın
aparılması zamanı həkimlər, kriminalistlər, mühəndislər və digər
mütəxəssislər (kompleks ekspertiza), onların hər biri öz xüsusi
bilikləri sərhədində tədqiqatlar aparır. Kompleks məhkəmə
|