Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə53/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   516
 

Şakir Musayev  

 

48



dərinləşməkdə davam etdiyi üçün kardiocərrahlar arasında donor və 

süni ürək köçürən və ürəyin irinli-septiki xəstəliklərini cərrahi 

müalicə edən mütəxəssislər formalaşmışdır. Bununla yanaşı 

həkimlərin hamısı təbabətin mütəxəssisləridir. 

Komisyon məhkəmə ekspertizası dövlət məhkəmə ekspert 

idarəsində aparılırsa, onun aparılmasının təşkili həmin idarənin 

rəhbərinə, kompleks ekspertizada isə bir neçə dövlət məhkəmə 

ekspert idarələrinin rəhbərlərinə həvalə edilir. Ekspert idarəsinə təyin 

edilmiş komisyon və kompleks ekspertizanın icrasına həmin idarənin 

əməkdaşı olmayan mütəxəssis cəlb olunursa, mütəxəssisin hüquq və 

vəzifələri ilə tanış edilməsi, bilə-bilə yalan rəy verməyə görə cinayət 

məsuliyyəti daşıması barədə iltizam alınması ekspertizanı təyin etmiş 

şəxs və ya ekspert idarəsinin rəhbəri tərəfindən həyata keçirilir. 

Ekspertizanın komisyon xarakterli olmasını müstəntiq və ya 

ekspertizanın aparılması  həvalə edilmiş ekspert idarəsinin rəhbəri 

müəyyən edir (CPM, maddə 265.4). Bundan başqa, məhkəmə-tibbi 

fəaliyyəti tənzimləyən Səhiyyə Nazirliyinin müvafiq əmrlərində 

müəyyən növ ekspertizaların komisyon qaydada aparılması məsləhət 

görülmüşdür. Bəzi ekspertizalar isə Birliyin Baş direktorunun 

tapşırığına əsasən komisyon qaydada icra edilir. 

Bu ekspertizalara aşağıdakı halları aid etmək olar: 

1. qətl və ya qətlə şübhə olduqda; 

2. xarici ölkə vətəndaşının meyitinin ekspertizası; 

3. ekshumasiya olunmuş meyitlərin ekspertizası; 

4. kriminal olaraq hissələrə bölünmüş meyitlərin ekspertizası 

(bədənin ayrı-ayrı hissələri olmadıqda); 

5. kütləvi fəlakətin, o cümlədən məişət travması qurbanlarının 

ekspertizaları; 

6. tibbi yardımın göstərilməsi qaydalarının pozulması  nəticəsində 

zərərçəkmişin ekspertizası;  

7. zərərçəkmişin aldığı travmaların onda olan xəstəliyə  təsir 

xarakterinin müəyyən edilməsinin vacibliyi ekspertizaları; 

8. psixi pozğunluqlarla, narkomaniya və ya toksikomaniyanın 

inkişafı ilə  nəticələnmə hallarında sağlamlığa zərərvurma 

dərəcəsinin təyini ekspertizalarında; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin