Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə49/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   516
 

Şakir Musayev  

 

44



aparılması haqqında qayda qüvvəsini itirmiş hesab edildi. Hal-hazırda 

Respublikamızda qanunvericiliyə müvafiq olaraq məhkəmə-tibbi 

ekspertizanın təşkil edilməsi, aparılması, ekspertizanın icra 

müddətinə və keyfiyyətinə nəzarət, məhkəmə ekspertiza fəaliyyətinin 

yoxlanılması, təkrari, kompleks, komisyon və s. ekspertizaların 

təşkili və icrası, ekspertlərin digər istintaq hərəkətlərində 

iştiraklarının təmin olunması  və  məhkəmə-tibb ekspertizasının 

xidmətinə dair digər işlərin həyata keçirilməsi mərkəzləşdirilmiş 

qaydada Birliyin Baş direktoru tərəfindən nizamlanılır. 

Məhkəmə ekspertizasının dövlət məhkəmə-ekspert idarəsində 

aparılmasının bir sıra üstünlükləri var. Burada, müvafiq xüsusi biliyə 

yiyələnmiş, tədqiqatın nəticələrinin prosessual formalaşdırılmasında 

təşkilati məsələlər üzrə suallara dair təcrübəli mütəxəssislər işləyir və 

ekspert idarəsi lazımi maddi texniki bazaya malikdir. Komisyon 

ekspertizaların təşkili və aparılması imkanı, ekspertlərin 

attestasiyasının keçirilməsi və kadr hazırlığı sistemi var. 

Ekspertizaların keyfiyyətinə  və müddətinə mütəmadi nəzarət edilir, 

ekspertizalar və  tədqiqatlar müvafiq ərazinin hüquq-mühafizə 

orqanları üçün mütləq və pulsuz aparılır. 

Azərbaycan Respublikası qanunvericiliyinə görə  məhkəmə-

ekspertizasının 5 növü vardır: ilkin, əlavə, təkrar, komisyon və 

kompleks. 

İlkin ekspertiza - ekspert rəyi tərtib edilməklə obyektin ilkin 

müayinəsidir.  İlkin ekspertizanı bir qayda olaraq ekspert tək aparır. 

Lakin, xüsusi ağır və məsuliyyətli hallarda ilkin ekspertiza komisyon 

qaydada ekspertlər qrupu tərəfindən aparıla bilər.  

Əlavə ekspertiza - ekspert rəyi kifayət qədər dolğun olmadıqda, 

ekspert qoyulmuş sualları tam həll etmədikdə, həmçinin cinayət işi ilə 

əlaqədar tədqiq olunmuş  şəraitlə bağlı yeni suallar yarandıqda təyin 

olunur. Əlavə ekspertiza ilkin icraçı ekspertə və digər ekspertə; ilkin 

ekspert komissiyasına və digər ekspert komissiyasına həvalə edilir. 

Təkrar ekspertiza - əvvəl verilmiş ilkin və  əlavə ekspert rəyinin 

düzgünlüyünə  və  əsaslandırılmasına  şübhə olduqda, ekspert və 

ekspertlərin rəyində ziddiyyət olduqda təyin edilir. Təkrar 

ekspertizaların təyin olunmasına daha çox, ekspertin nəticələri ilə 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin