Şakir Musayev
40
Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən
aşağıdakı qaydada uzadıla bilər (CPM, maddə 218.7.):
böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə - 1 aydan çox
olmayan müddətə (CPM, maddə 218.7.1.);
az ağır cinayətlər üzrə - 2 aydan çox olmayan müddətə (CPM,
maddə 219.7.2.);
ağır cinayətlər üzrə - 3 aydan çox olmayan müddətə (CPM, maddə
218.7.3.);
xüsusilə ağır cinayətlər üzrə - 4 aydan çox olmayan müddətə
(CPM, maddə 218.7.4.).
Cinayət işinin müstəsna mürəkkəbliyi ilə əlaqədar CPM-nin
218.7-ci maddəsinə müvafiq olaraq yuxarı prokuror tərəfindən həmin
iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin
əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi
həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan
Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya
Naxçıvan Muxtar Respublikasının prokuroru, habelə Azərbaycan
Respublikası Baş prokurorunun müavini ilə razılaşdırılmış təqdimatı
əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən
aşağıdakı qaydada uzadıla bilər (CPM, maddə 218.8.):
böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə - 1 aydan çox
olmayan müddətə (CPM, maddə 218.8.1.);
az ağır cinayətlər üzrə - 2 aydan çox olmayan müddətə (CPM,
maddə 218.8.2.);
ağır cinayətlər üzrə - 3 aydan çox olmayan müddətə (CPM, maddə
218.8.3.);
xüsusilə ağır cinayətlər üzrə - 6 aydan çox olmayan müddətə
(CPM, maddə 218.8.4.).
CPM-nin 218.3 - 218.9-cu maddələrinin müddəalarına riayət
etməklə açılmış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq hər
bir halda aşağıdakı müddətlər daxilində qurtarmalıdır (CPM, maddə
218.10):
böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham
üzrə - 6 aydan çox olmayan müddətdə (CPM, maddə 218.10.1.);
|