Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə47/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   43   44   45   46   47   48   49   50   ...   516
 

Şakir Musayev  

 

42



dövlət məhkəmə-ekspert idarəsi kimi yalnız Səhiyyə Nazirliyinin 

ixtisaslaşdırılmış  Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya 

Birliyi hesab olunur.  

Səhiyyə Nazirliyinə tabe olmayan tibb müəssisəsində məhkəmə-

tibb ekspertizasının təşkili və aparılması (məsələn; Müdafiə 

Nazirliyinin Mərkəzi hərbi məhkəmə-tibbi laboratoriyası), Səhiyyə 

Nazirliyi ilə birgə qəbul edilmiş müvafiq icra hakimiyyəti orqanının 

normativ hüquqi aktları əsasında həyata keçirilir. 

Dövlət məhkəmə-ekspert idarəsinin profilini (məhkəmə-tibbi, 

məhkəmə-psixiatrik, məhkəmə-narkoloji və s.) müvafiq icra 

hakimiyyəti orqanları  təyin edir. Eyni profilli məhkəmə ekspert 

idarələri məhkəmə ekspertizasının təşkili və aparılması  fəaliyyətini 

ekspert praktikasına, ekspertlərin professional hazırlığı  və 

ixtisaslaşdırılmasına vahid elmi-metodik yanaşma  əsasında həyata 

keçirir. Qanunun bu tələbi hüquqi normativ sənədlərlə dövlət 

məhkəmə-tibbi xidmətin təşkilati strukturu çərçivəsində, ekspert 

metodikalarının və nümunəvi diaqnostik alqoritmlərin 

standartlaşdırılması, ekspertlərin ixtisaslaşdırılması  və yenidən 

hazırlaşdırılmasının qəbul edilmiş ümumi tələbləri ilə təmin edilir. 

Dövlət məhkəmə-ekspert idarəsinin fəaliyyəti dövlət büdcəsindən 

maliyyələşir (D.M.E.F.H.Q. maddə 38). Dövlət məhkəmə-ekspert 

idarəsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən edilmiş inzibati 

ərazidə yerləşən təhqiqat orqanları, ibtidai istintaq və  məhkəmələr 

üçün məhkəmə ekspertizasını mütləq qaydada həyata keçirir. Əgər 

dövlət məhkəmə ekspert idarəsinin xidmət göstərdiyi inzibati ərazidə 

məhkəmə ekspertizasının (konkret ixtisas üzrə eksperti, lazımi 

maddi-texniki baza və ya tədqiqatların aparılması üçün şərait 

olmadıqda) aparılması mümkün deyilsə, həmin ekspertiza dövlət 

məhkəmə-ekspertiza idarəsinin digər ərazidə xidmət göstərən struktur 

şöbələri tərəfindən aparıla bilər. 

Dövlət məhkəmə-ekspert idarələri müqavilə əsasında vətəndaşlar 

və hüquqi şəxslər üçün, ekspert müayinələrinin, vətəndaş və arbitraj 

işləri, inzibati qanun pozuntulu işlər üzrə məhkəmə ekspertizalarının 

aparılması (ekspert idarəsinə ekspert işinin müqavilə  əsasında 

ödənilməsi  şərti ilə) hüququna malikdir. Ekspert işinin ödənişli 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin