Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə43/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   516
 

Şakir Musayev  

 

38



dili bilməyən və ya natamam bilən ekspertə  və ya mütəxəssisə  rəy, 

ifadə  vəsatət və  şikayət verə bilməsi, məhkəmədə ana dilində  və ya 

digər bildiyi dildə ifadə verməsi, həmçinin tərcüməçinin köməyindən 

pulsuz istifadə edə bilməsi hüququ izah olunmalı  və  təmin 

edilməlidir. Ekspertə  rəy və ya ifadə verə bilməsi üçün vacib olan 

sənədlər onun bildiyi dilə tərcümə olunmalıdır. 

Məhkəmə ekspertizasının növlərinin icra müddəti qanunla birbaşa 

müəyyən edilməmişdir. Bu ekspertizanın növündən, müayinə 

obyektlərinin miqdarından, mürəkkəb ekspert məsələlərindən asılıdır 

və  məhkəmə ekspert idarəsinin fəaliyyətinin onun aidiyyatı icra 

hakimiyyəti orqanlarının normativ hüquqi aktları ilə  tənzimlənir. 

Lakin, CPM-də (maddə 271.1.) göstərilir: ekspertiza təyin edilməsi 

haqqında müstəntiqin qərarını qəbul etdiyi vaxtdan 1 (bir) aydan gec 

olmayaraq, ekspert zəruri tədqiqatları aparır, yazılı rəy tərtib edir, onu 

öz imzası ilə  təsdiq edir və  dərhal ekspertizanı  təyin etmiş  şəxsə 

göndərir. Meyitlərin və maddi sübutların məhkəmə-tibbi 

ekspertizaları icra müddətinə görə  ən uzun müddətlidir. Bu da, 

ekspertiza qarşısında qoyulan sualların mürəkkəbliyi, ekspert 

tədqiqatlarının həcminin çoxluğu və müxtəlif növ laborator 

müayinələrin aparılması ilə bağlıdır. Lakin bu növ ekspertizalar da 

(xüsusi mürəkkəb ekspertizalar istisna olunmaqla) təhqiqat 

orqanlarından bütün lazımi materiallar alındıqdan sonra ən çox bir ay 

müddətində icra edilməlidir (Azərbaycan Respublikası  Məhkəmə 

Tibbi Ekspertizaların təşkili və keçirilməsi haqqında  Əsasnamə. 

Səhiyyə Nazirliyinin 8.02.1999-cu il tarixli 9 saylı  əmri).  Əgər 

ekspertiza ekspert idarəsindən kənarda aparılırsa, müayinənin 

müddəti ekspertizanı təyin etmiş şəxslə razılaşdırılır.  

Məhkəmə-tibbi xidmətlə hüquq-mühafizə orqanlarının qarşılıqlı 

müştərək fəaliyyətinin səmərəliliyinin  əhəmiyyətini nəzərə alaraq, 

məhkəmə-tibb ekspertinin cinayət işlərinin qanunla nəzərdə tutulmuş 

müddətdə aparılmasını bilməsi vacibdir. CPM-nin 218.1 maddəsinə 

uyğun olaraq, təhqiqat, cinayət işi qaldırıldığı gündən 10 gündən artıq 

olmayan müddətdə aparılır.  

Cinayət işi üzrə ibtidai istintaq aşağıdakı müddətlərdə başa 

çatmalıdır (CPM, maddə 218.2.): 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin