Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
37
virusu ilə yoluxdurulmasına və digər ağır nəticələrə səbəb olmuş
(CM, maddə 149.3.1; 149.3.2) xüsusi ilə ağır cinayət işlərinə baxır.
Rayon məhkəmələri ən çox şəxsiyyət əleyhinə cinayətlərlə bağlı
digər cinayət işlərinə, xüsusən də ağır və xüsusi ağır cinayətlərdə
ittiham olunan şəxslə bağlı ekspertin bilə-bilə yalan rəy verməsinə
görə cinayət işlərinə baxır.
Azərbaycan Respublikasının məhkəmələrində cinayət işlərinə
hakimlər təkbaşına və ya kollegial tərkibdə baxırlar (CPM, maddə
78). Cinayət işlərinə birinci məhkəmə instansiyasında baxış kollegial
(üç hakimdən ibarət və yaxud andlı iclasçılardan ibarət tərkibdə) və
ya hakim tərəfindən təkbaşına baxılır. Cinayət işlərinə apelyasiya və
kassasiya qaydasında baxılması - ümumi yurisdiksiyalı məhkəmənin
üç nəfər hakim heyəti tərəfindən, nəzarət qaydasında isə - üç və ya
daha çox hakimdən az olmayan heyət tərəfindən həyata keçirilir.
Məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları, qanuni
sərəncamları, tələbləri, tapşırıqları, çağırışları və digər müraciətləri
müstəsnasız bütün dövlət hakimiyyət orqanları, yerli özünüidarəetmə
orqanları, ictimai təşkilatlar, vəzifəli şəxslər, digər fiziki və hüquqi
şəxslər üçün mütləqdir və respublika ərazisində yerinə yetirilməlidir.
Məhkəmə qərarının yerinə yetirilməməsi və buna bərabər
məhkəməyə digər hörmətsizlik əlamətlərinə görə qanunla
məsuliyyətə cəlb olunma nəzərdə tutulmuşdur.
Məhkəmə icraatı zamanı məhkəmə-tibbi ekspertiza, əsasən
cinayət işlərinə birinci instansiya məhkəməsində baxılan zaman təyin
edilir və aparılır. Bununla yanaşı, apelyasiya və kassasiya qaydasında
cinayət işlərinə baxılarkən, məhkəmə tərəflərinin vəsatəti əsasında,
CPM-nin 331-ci maddəsinə uyğun olaraq, maddi sübutları birbaşa
müayinə etmək, ekspertin dindirilməyə çağırışını tələb etmək,
ekspertiza təyin etmək, ekspertin və ya mütəxəssisin iştirakı ilə digər
prosessual hərəkətləri təyin etmək ixtiyarındadır. Cinayət işinə
nəzarət qaydasında baxılarkən məhkəmə ekspertizasının təyin
olunması və aparılması CPM-də nəzərdə tutulmamışdır.
CPM-nin 26.1 maddəsinə uyğun olaraq, məhkəmə icraatı dövlət
dilində (azərbaycan dilində) və ya müvafiq ərazinin əhalisinin çoxluq
təşkil edən hissəsinin dilində aparılır. Mühakimə icraatının keçirildiyi