Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
41
az ağır cinayətin törədilməsində ittiham üzrə - 9 aydan çox
olmayan müddətdə (CPM, maddə 218.10.2.);
ağır cinayətin törədilməsində ittiham üzrə - 12 aydan çox olmayan
müddətdə (CPM, maddə 218.10.3.);
xüsusilə ağır cinayətin törədilməsində ittiham üzrə - 18 aydan çox
olmayan müddətdə (CPM, maddə 218.10.4.).
Təhqiqatın və ibtidai istintaqın qanunvericiliklə tənzimlənən
prosessual müddətləri məhkəmə ekspertizasının aparılmasını da
müvafiq vaxt çərçivəsinə salır. Təyin olunmuş ekspertizanın qeyd
olunan müddətdə başa çatdırılmasının mümkün olmadığı halda yazılı
olaraq ekspertizanı təyin etmiş orqan və ya şəxs bu barədə
məlumatlandırılır. Onlarla razılaşdırıldıqdan sonra ekspert idarəsinin
rəhbərinin və ya ekspertin müayinə müddətini artırmaq hüququ
vardır. Əlavə materialların təqdim olunması ilə bağlı əsaslandırılmış
ekspert sorğusunun və digər prosessual hərəkətlərin aparılmasının
vacibliyi barədə əsaslandırılmış vəsatət verildikdə müvafiq orqan və
şəxslər tərəfindən bu vəsatət təmin edilməzsə ekspertiza dayandırıla
bilər və bu barədə rəydə qeydlər edilir.
Qanunvericilik ekspert idarəsini dövlət məhkəmə-ekspert idarəsi
kimi və ya cinayət-prosessual qanunla müəyyən edilmiş qaydada
məhkəmə ekspertizasının aparılması həvalə edilmiş digər idarə kimi
müəyyən edir.
Dövlət məhkəmə ekspert idarəsinin məhkəmə ekspertizalarının
təşkili və aparılması fəaliyyəti «Dövlət məhkəmə ekspertizası
fəaliyyəti haqqında» Qanunla, Azərbaycan Respublikasının
prosessual qanunvericiliyi ilə tənzimlənir və müvafiq icra
hakimiyyəti orqanlarının müvafiq hüquqi normativ aktları ilə həyata
keçirilir.
D.M.E.F.H.Q.-nun 23-cü maddəsinə uyğun olaraq dövlət
məhkəmə-ekspert idarəsi icra hakimiyyəti orqanlarının
ixtisaslaşdırılmış müəssisəsidir, məhkəmə ekspertizasının təşkili və
keçirilməsi vasitəsilə
məhkəmələrin, hakimlərin, təhqiqat
orqanlarının, təhqiqat aparan şəxsin, müstəntiqin və prokurorların
səlahiyyətlərinin yerinə yetirilməsini təmin etmək üçün yaradılmışdır.
Azərbaycan Respublikasının məhkəmə-tibbi xidmət sistemində,
|