Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə52/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

47



aşağıdakı  əsas ixtisaslar ayırd edilir: müalicə  işi; pediatriya; tibbi-

profilaktik iş; stomatologiya; əczaçılıq. Səhiyyə müəssisələrində 

rəsmi qəbul edilən bu ixtisaslar, dövlət ali təhsil standartları ilə təsdiq 

olunmuş diplomlu mütəxəssislərin hazırlanma istiqamətlərinin 

siyahısına uyğundur.  

Səhiyyə müəssisələrindəki digər «ixtisaslara» əsas ixtisasın bir 

hissəsi olan «ixtisaslaşma» kimi baxılmalıdır.  İxtisaslaşma,  əsas 

ixtisasın müvafiq profili üzrə daha dərin biliyin, bacarığın və 

vərdişlərin öyrənilməsi məqsədini nəzərdə tutur. Məsələn, məhkəmə-

tibbi ekspertiza, terapiya, cərrahiyyə  və digərləri - əsas tibbi ixtisas 

olan «müalicə işi»; uşaq cərrahiyyəsi və neonatologiya - əsas ixtisas 

olan «pediatriya» çərçivəsində ixtisaslaşmaya aiddir. 

Hüquqi normalara əsasən ekspert komissiyasının tərkibi 

məhkəmə tibbi eksperti və bir «müalicə  işinin» mütəxəssisindən 

(cərrahdan, nevropatoloq və ya travmatoloq) ibarət ola bilər. Eyni 

zamanda  əgər ekspert komissiyasına digər «tibbi ixtisas» 

nümayəndəsinin ekspert qismində  cəlb edilməsi (pediatr, əczaçı, 

stomatoloq, tibbi-profilaktika işi) vacibdirsə, bu zaman ekspert 

komissiyasına «müalicə işi» sahəsindən başqa digər bir mütəxəssis də 

(pediatr, stomatoloq və s.) cəlb olunur.  

«İxtisas» termininin daha geniş açıqlanması, onun bütün «həkim 

ixtisaslarına» tətbiq olunması, «komisyon» və «kompleks» 

ekspertizalar anlayışının yerdəyişməsinə gətirib çıxara bilər. Məsələn, 

məhkəmə tibb ekspertinin və müalicə  işi mütəxəssisinin (cərrahın, 

nevropatoloq, oftalmoloq və s.) iştirakı ilə ekspertizalara kompleks 

kimi baxılmalıdır. Komisyon ekspertiza «sahəsi» isə  məhkəmə-tibbi 

ekspertizanın digər sahələrindən birinin mütəxəssislərinin (tanatoloq, 

tibbi-kriminalist və s.) iştirakına qədər daralır. 

Təbabətin ümumi inkişaf  ənənələri biliyin hər bir vaxt 

differensasiyalı  dərinləşməsi ilə bağlıdır. Məlumdur ki, cərrahların 

içərisində çoxdan torakal cərrahiyyə mütəxəssisləri mövcuddur. 

Torakal cərrahiyyənin sonrakı ixtisaslaşması kardiocərrahların 

(ürəkdə  əməliyyat edən mütəxəssislər) və pulmonoloqların (ağ 

ciyərlərdə  əməliyyat aparan mütəxəssislər) yaranmasına gətirib 

çıxarmışdır. Lakin, biliklərin differensasiyası mütəmadi 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin