Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə64/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   60   61   62   63   64   65   66   67   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

59



Ekspertiza müvafiq qərarın və ya qərardadın çıxarıldığı gündən 

təyin edilmiş hesab olunsa da, onun icra müddəti qərarın (qərardadın) 

ekspert idarəsinə təqdim olunduğu gündən başlayır. 

İbtidai istintaqın gedişində ekspertizanın təyin olunma və 

materialların məhkəmə tibbi ekspertizaya göndərilmə qaydaları 

CPM-nin müvafiq maddələrində  nəzərdə tutulub. O ekspertizanın 

aparılma yerindən, növündən, eləcə  də, ekspertlərin sayı, statusu və 

ixtisasından asılı olaraq müxtəlifdir. 

Məhkəmə ekspertizası ekspert idarəsində aparılarkən müstəntiq 

müvafiq idarənin rəhbərinə  məhkəmə ekspertizasının təyin olunma 

qərarını göndərir, ekspertizanın aparılması  və  rəy verilməsi üçün 

vacib olan tədqiqat obyektlərinin və materiallarının təqdim 

olunmasını təşkil edir (CPM, maddə 269; D.M.E.F.H.Q. maddə 22). 

Əgər tədqiqat obyektinin dövlət məhkəmə-ekspert idarəsinə 

göndərilməsi mümkün deyilsə, həmin orqan və ya şəxs ekspertin 

obyektə maneəsiz yol tapmasını  və onun yerində müayinə 

edilməsinin mümkünlüyünü təmin edir. 

Ekspert idarəsinin rəhbəri qərarı aldıqdan sonra, məhkəmə 

ekspertizasının icrasını həmin idarədə işləyən konkret ekspertə və ya 

bir neçə ekspertə  həvalə edir və bu barədə müstəntiqi 

məlumatlandırır. Dövlət məhkəmə-ekspert idarəsinin rəhbəri ekspertə 

CPM-nin 97-ci maddəsində  nəzərdə tutulmuş hüquqlarını  və 

məsuliyyətini izah edir. Ekspertizanın icrasına ekspert idarəsində 

işləməyən şəxsin cəlb olunması vacibdirsə, ekspert idarəsinin rəhbəri 

bu məsələni ekspertizanı  təyin etmiş  şəxslə razılaşdırır 

(D.M.E.F.H.Q., maddə 9). 

Məhkəmə istintaqının gedişində  məhkəmə-tibbi ekspertizaların 

təyin olunma qaydası bir qədər fərqlənir. Ekspertiza məhkəmə 

iclasında məhkəmənin qərardadı  və ya hakimin təşəbbüsü ya da 

tərəflərin vəsatəti əsasında təyin edilir (CPM, maddə 331). 

Konkret işlə əlaqədar ibtidai istintaqda ekspertiza aparılmasından 

asılı olmayaraq, məhkəmədə ibtidai istintaqda verilmiş rəyə əlavələr 

etmək və aydınlıq gətirmək üçün təhqiqatlar aparmaq lazım gələrsə, 

ilkin ekspertiza təyin olunur. 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin