Şakir Musayev
68
yol verilmir. Ekspertə təsir edilməsində günahkar olan şəxs,
qanunvericiliyə müvafiq olaraq məsuliyyət daşıyır;
- dövlət məhkəmə-ekspert idarəsinin rəhbəri konkret məhkəmə
ekspertizası üzrə ekspertə nəticələrin məzmununu qabaqcadan həll
edə bilən göstərişlər verə bilməz;
- dövlət məhkəmə-ekspert idarəsinin rəhbərinin icrası
başlanmış məhkəmə ekspertizasının nəticəsində maraqlı olması
təsdiqlənərsə, məhkəmə-ekspert idarəsinə məhkəmə ekspertizasının
aparılması həvalə edilə bilməz və həmin məhkəmə ekspertizasının
icrası təcili dayandırılır;
- canlı şəxsin məhkəmə ekspertizasının icrasında, həmin şəxsə
ekspertiza təyin olunmamışdan əvvəl tibbi yardım göstərmiş həkim
iştirak edə bilməz;
- şəxsin azadlığının və ya şəxsi toxunulmazlığının müvəqqəti
məhdudlaşdırılmasını tələb edən məhkəmə ekspert tədqiqatları, ancaq
qanunun müəyyən etdiyi əsas və qaydada aparılır. Əgər şəxs hesab
edir ki, dövlət məhkəmə ekspert idarəsinin və ya ekspertin hərəkəti
(hərəkətsizliyi) vətəndaşın hüquq və azadlığının və ya hüquqi şəxsin
hüquq və qanuni maraqlarının məhdudlaşmasına səbəb olub, qeyd
olunan hərəkətlərdən (hərəkətsizlikdən) qanunvericilikdə nəzərdə
tutulmuş qaydada şikayət edə bilər;
- canlı şəxsin məhkəmə-ekspertizasını apararkən qadağandır:
məhkəmə ekspertizası aparılan şəxsdən məlumat almaq üçün
hüququn məhdudlaşdırılması, onu aldatma, zorakılıq və digər
qanunsuz hərəkətləri tətbiq etmək, yeni diaqnostika metodları, yeni
dərman maddələri, xəstəliyin profilaktika və müalicəsi üçün sınaqlar
aparmaq, həmçinin məhkəmə ekspertizası aparılacaq şəxsdən biotibbi
eksperimentlər aparmaq üçün obyekt kimi istifadə etmək;
- canlı şəxsin məhkəmə ekspertizasını apararkən güclü ağrı ilə
müşayiət olunan və ya şəxsin sağlamlığına zərər vuran müayinə
metodlarından, cərrahi müdaxilə metodlarından, o cümlədən
səhiyyənin təcrübəsində tətbiqi qadağan olunmuş metodlardan
istifadə edilməsi qadağandır. Məhkəmə ekspertizası aparılacaq şəxs,
onun barəsində tətbiq olunacaq tədqiqat metodları (eləcə də
alternativ), ola biləcək ağrı hissiyyatı və əlavə təsirləri barədə onun
|