Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə37/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

31



2.2. Məhkəmə-tibbi ekspertizanın 

prosessual formatı 

 

Məhkəmə ekspertizasının mümkün formatı Azərbaycan 



Respublikasının CPM-si ilə  dəqiq müəyyən edilmişdir (sxem № 4). 

O, cinayət prosesinin müxtəlif mərhələlərində - ibtidai istintaqın 

gedişində, yəni təhqiqat və ya ibtidai istintaqın (maddə 264) və ya 

məhkəmə istintaqının gedişində (CPM, maddə 331), dövlət məhkəmə 

ekspertiza idarəsində  və ya ekspert idarəsindən kənarda, «ilkin», 

əlavə və ya təkrar (CPM, maddə 267, D.M.E.F.H.Q. maddə 16); bir 

və ya bir neçə ekspertlə (CPM, maddə 265); eyni ixtisaslı ekspertlərlə 

(maddə 265.3) və ya müxtəlif ixtisaslı ekspertlərlə, yəni kompleks 

şəkildə (CPM, maddə 266), həmçinin ekspertiza təqsirləndirilən və ya 

şübhəli şəxsi tibbi stasionara yerləşdirilməklə (D.M.E.F.H.Q. maddə 

30) və ya yerləşdirməməklə, ekspertin sonradan dindirilməsi (CPM, 

maddə 272) və ya dindirilməməsi ilə aparıla bilər. 

Cinayət prosesində  məhkəmə-tibbi ekspertiza yalnız qaldırılmış 

və araşdırılan cinayət işi üzrə, yəni ibtidai araşdırma və ya məhkəmə 

istintaqının gedişi zamanı aparılır. 

Azərbaycan Respublikasında aşağıdakı  təhqiqat orqanları 

mövcuddur. 

1.  Daxili işlər orqanları. 

2.  Milli təhlükəsizlik orqanları. 

3.  Vergi orqanları. 

4.  Gömrük orqanları. 

5.  Fövqəladə hallar orqanları. 

6.  Sərhəd qoşunları orqanları. 

Qeyd etmək lazımdır ki, cinayət işləri üzrə ibtidai istintaq 

aparmaq səlahiyyəti olan orqanlardan ikisi – Prokurorluq orqanları və 

Ədliyyə Nazirliyi təhqiqat orqanları deyildir. Təhqiqat orqanlarının 

səlahiyyətinə aid edilmiş cinayət işləri üzrə  təhqiqatı  həmin 

orqanların təhqiqatı aparmaq səlahiyyətinə malik olan struktur 

vahidlərinin əməkdaşları həyata keçirir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin