Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə34/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   516
 

Şakir Musayev  

 

28



FƏSİL 2. MƏHKƏMƏ TİBBİ EKSPERTİZA. 

 

2.1. Məhkəmə-tibbi ekspertizanın 

predmeti və müayinə obyektləri. 

 

Məhkəmə tibbi ekspertizanın predmeti ilkin istintaq və  işin 



məhkəmə araşdırılması zamanı meydana çıxan tibbi və tibbi-bioloji 

xarakterli sualların aydınlaşdırılmasından ibarətdir. 

Məhkəmə tibb ekspertizasının gedişində müayinə obyektləri 

meyit və onun hissələri, canlı  şəxslər, maddi sübutlar, sənədlər, 

əşyalar, müqayisəli müayinə nümunələri, o cümlədən, məhkəmə 

ekspertizası aparılan işin materiallarıdır.  

Obyektlərin bu cür anlayışı hüquqi xarakter daşıyır. Qanun iş üzrə 

sübut növü kimi baxılan «maddi sübutlar» və «sənədlər» prosessual 

anlayışlarını birləşdirir (CPM, maddə 124). Kriminalistikada maddi 

sübutların ekspertiza obyektlərinə aid olunması tam düzgün hesab 

edilmir. Belə ki, bəzi predmetlər və maddələr xüsusi müayinələr 

aparıldıqdan və ekspert rəyi alındıqdan sonra müvafiq prosessual 

status  əldə edir və maddi sübut qismində  işə  əlavə olunur. 

Ekspertizaya, adətən, potensial maddi sübut ola bilən obyektlər, yəni 

istintaq və  məhkəmə  hərəkətləri zamanı götürülmüş (konkret 

predmetlər, maddələr, materiallar və s.) və protokola əlavə olunma 

statusu qazanmış obyektlər göndərilir. 

Canlı  şəxslər adətən müəyyən prosessual status - zərərçəkmiş, 

təqsirləndirilən və ya şübhəli  şəxs, müttəhim və  şahid adı aldıqdan 

sonra məhkəmə-tibbi ekspertizanın obyekti sayılır. Mənəvi-etik 

cəhətdən meyitə sübut növü kimi baxmaq mümkün olmadığından o, 

müəyyən prosessual statusu olmayan ekspert obyektlərinə aid edilir. 

Meyit prosessual və xüsusi məhkəmə-tibbi baxımdan ekspertizanın 

bilavasitə obyektidir. Müəyyən prosessual statusu olmayan belə 

obyektlərə hadisə baş verən yer - ərazinin sahələri, binalar, tikililər və 

digərləri aid edilir. Bu obyektlər hüquqi statusuna görə maddi 

sübutlara bərabərdir, ancaq, praktiki olaraq onlara müəyyən 

prosessual rejim tətbiq etmək mümkün olmur. Ona görə, məhkəmə-





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin