Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə23/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   516
 

Şakir Musayev  

 

16



şəxslər» qismində  hər hansı xidmətlə uzun müddət məşğul olan

xüsusi təcrübə qazanmış, zəruri məlumatlara, elmdə, incəsənətdə  və 

hər hansı  məşğuliyyətdə  təcrübəyə malik şəxslərin dəvət olunması 

göstərilirdi. Bilikli şəxslərin üzrsüz səbəbdən gəlməməsi onların 

cərimə olunması məsuliyyətini nəzərdə tuturdu.  

Azərbaycanda bəzi tibbi xarakterli məsələlərin qiymətləndiril-

məsinə xüsusi biliyi olan şəxsin cəlb olunması 19-cu əsrin əvvəllərinə 

təsadüf edir. 

Azərbaycanda ilk dəfə olaraq meyit, 19-cu əsrin  əvvəllərində 

Mirzə  Məhəmməd  İbn  Əbdül-s-Əbur Təbrizi Qoballı  tərəfindən 

müayinə olunaraq sənədləşdirilmişdir. Mirzə  Məhəmməd Təbrizi 

“Müfəssəl təşrih” adlı kitabının giriş hissəsində göstərir ki, o, bu 

kitabı yazarkən  şəriət qanunlarına  əsaslanaraq bir neçə meyit 

yarmışdır.  

Sovetlər birliyinin cinayət prosessual məcəlləsində ekspert rəyi 

müstəqil sübut kimi qəbul edilirdi. Bununla bərabər mühakimə 

icraatında xüsusi biliklərin müxtəlif formada tətbiqinə prosessual fərq 

qoyulmurdu. Yeni CPM-nə görə «ekspert» və «mütəxəssis» 

anlayışları bir-birindən fərqlənir. Ekspertizanın keçirilməsindən 

əlavə, bəzi istintaq hərəkətlərində mütəxəssislərin iştirakı  nəzərdə 

tutulur. Sonrakı illər  ərzində qanunvericilikdə cinayət mühakimə 

icraatında xüsusi biliklərdən istifadənin tətbiqi daha da inkişaf etdi. 

Müasir cinayət hüququnda, şəxsiyyət  əleyhinə cinayətlərin 

istintaqı zamanı istintaq və  məhkəmə qarşısında duran məsələlərin 

həlli üçün mütəxəssis və ekspertin iştirakı təkcə mürəkkəb kazuistik 

hallarda yox, ümumi cinayət mühakimə icraatının mübahisəsiz 

mütləq prinsipi kimi nəzərdə tutulur.  

Cinayətin istintaqı  və açılmasında «xüsusi biliklərdən» geniş 

istifadə edilməsinə baxmayaraq 2000-ci ilə  qədər qüvvədə olan 

qanunvericilikdə və digər hüquqi normativ aktlarda «xüsusi», «xüsusi 

bilik» və «mütəxəssis» kimi anlayışların dəqiq tərifi 

göstərilməmişdir. «Bilik» təcrübədə yoxlanılmış  və insan şüurunda 

həkk olunmuş gerçəkliyin dərk edilməsinin nəticəsi olmaqla, onun 

əsasında müəyyən mülahizə  və  nəticəyə  gələ bilinəcək anlama və 

təcrübədir. Çox çalarlı  mənası olan «xüsusi» termini (latın dilində - 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin