Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
17
specialis) - əlahiddə, fövqəladə, yalnız hər-hansı bir şey üçün nəzərdə
tutulmuş deməkdir.
Azərbaycan Respublikanın qanunvericiliyi dövlət məhkəmə
ekspertizası fəaliyyətini müəyyənləşdirərkən onu elm, texnika,
incəsənət və digər peşə sahəsində xüsusi biliklərdən istifadə etməklə
məsələlərin həll edilməsinin vacibliyi ilə məhdudlaşdırmışdır.
«Xüsusi» termini «elmi» və ya «təcrübi», «texniki» və ya «tibbi»,
«sənətşünaslıq» və ya digər sahəni ifadə etmir. Cinayət-prosessual
qanunvericiliyin ümumi konsepsiyası baxımından «xüsusi» termini
özünün ilkin çoxçalarlı mənası olan - əlahiddə, ayrıca, fövqəladə kimi
başa düşülür. Bununla bərabər bu «xüsusiyyət» elm, texnika,
incəsənət və peşə istiqamətləri ilə məhdudlaşır.
Xüsusi bilik sahələrinin qeyd edilən siyahısı praktiki olaraq
tükənəndir. Lakin cinayətlərin istintaq və açılmasında və ya
məhkəmə istintaqında insan fəaliyyətinin digər sahələrindən də
xüsusi bilik tələb edilə bilər. İtkin düşmüş şəxslərin və əşyaların
tapılmasında psixometriyanın köməyi ilə aparılan çoxsaylı
təcrübələri, ekstrasensor dərketmə qabiliyyətinə malik insanların
cinayətin açılmasında iştirakını buna misal göstərmək olar. Adətən
onlar cinayət proseslərinə cəlb edilmir. Operativ-axtarış əməliyyat
tədbirləri keçirildikdə, özlərinin razılığı ilə, mütəxəssis kimi yox,
cinayətin açılmasında əhəmiyyət kəsb edən hər hansı bir məlumata
malik şəxs kimi cəlb edilirlər. Çox vaxt onların fəaliyyəti mütəxəssis
fəaliyyəti ilə üst-üstə düşür. Hər iki halda sübutların tapılmasında
müstəntiqə köməklik göstərilir.
Hüquqi ədəbiyyatlarda «xüsusi» termini dedikdə insanların az və
ya çox dar əhatə dairəsində xüsusi təhsil, peşə hazırlığı və təcrübə
nəticəsində əldə etdikləri bilik, bacarıq və vərdiş başa düşülür. Həmin
bilik və vərdişlər hər hansı bir fəaliyyət növü üçün vacibdir və
mühakimə icraatında insan fəaliyyətinin konkret göstərilən sahəsinə
aid sualların həlli üçün istifadə edilir. Hüququ mənbələrdə göstərilən
təriflərdən birini nümunə gətirək. Mütəxəssis - işdə şəxsi marağı
olmayan səlahiyyətli, öz razılığı ilə istintaq və digər prosessual
hərəkətlərdə subyektlərin aşkar olunması və sübut edilməsində
|