Şakir Musayev
14
BÖLMƏ I
CİNAYƏT MÜHAKİMƏ İCRAATINDA MƏHKƏMƏ-
TİBBİ FƏALİYYƏTİN HÜQUQİ ƏSASLARI
FƏSİL 1. CİNAYƏT MÜHAKİMƏ İCRAATINDA
XÜSUSİ MƏHKƏMƏ-TİBBİ BİLİKLƏR
1.1. Cinayət mühakimə icraatında
«Mütəxəssis» və «Xüsusi bilik» anlayışı.
Azərbaycan Respublikasının qanunvericiliyi cinayət işi üzrə
cinayət mühakimə icraatını məhkəməyə qədər və məhkəmə icraatına
ayırır. Bu, təhqiqat aparıldıqda və cinayət işi qaldırıldıqda ilkin
istintaqda təhqiqat orqanlarının, təhqiqat aparan şəxsin – müstəntiq
və ya prokurorun, eləcə də cinayət işlərinə məhkəmə baxışı gedişində
məhkəmənin və yaxud hakimlərin fəaliyyətini prosessual
qanunvericiliklə nizama salır.
Ekspert və mütəxəssis cinayət mühakimə icraatının
iştirakçılarıdır. Ekspertin rəyi ekspert və ya mütəxəssisin iştirakı ilə
tərtib edilmiş istintaq və məhkəmə iş protokolları cinayət işi üzrə
sübut sayılır (CPM, maddə 96, 97, 124).
Cinayət mühakimə icraatında xüsusi biliyin vəzifə və onun
əhəmiyyətinin hazırkı mövqeyi dərhal formalaşmamış, tarixin bir
neçə yüzillikləri ərzində mühakimə icraatı təcrübəsinin və
qanunvericiliyin inkişafının ümumiləşməsi nəticəsində baş vermişdir.
Eramızdan əvvəl Qədim Çində, Yunanıstanda, Hindistanda, Misirdə
və Romada insan sağlamlığının pozulması və onun ölümü ilə bağlı
bəzi tibbi xarakterli məsələlərin aydınlaşdırılmasında xüsusi biliyi
olan şəxsin köməyi ilə epizodik məhkəmə tibbi müayinələrin
aparılmasına dair bizə çatan yazılı tarixi məlumatlar vardır.
Eramızdan 600 il əvvəl hindlilərin qədim əlyazması qanunlarında
(Ayyur-Vaqa) meyitin müayinə edilməsində, eramızdan əvvəl 460-cı
ildə Hipokrat tərəfindən hamiləliyin müddəti, abort, yarımçıq
|