Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə17/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   516
 

Şakir Musayev  

 

10



xeyirxah olmalı, onların  əlavə psixi travma almalarına yol 

verməməlidir. Vəfat etmiş insanın qohumlarına və yaxın adamlarına 

istintaq sirrinin yayılmaması şərti ilə mümkün olan obyektiv və dəqiq 

informasiyanı vermək olar.  

Zərərçəkənləri, onların sağlamlıqlarına vurulmuş  zərərin və 

xüsusən, cinsi cinayətlərin və cinsi halların təyini üçün müayinə 

etdikdə ekspert gərək son dərəcədə ədəbli olsun, müayinə edilənlərin 

şəxsi və intim həyatına aid artıq (rəy vermək üçün zəruri olmayan) 

suallar verməsin, yatrogeniyalara gətirib çıxara bilən mülahizələr 

işlədilməsin. 

Elə ola bilər ki, ekspertə hadisənin törənmə şəraiti, vaxtı haqqında 

və digər məlumatlar barədə yanlış informasiya verərək onu aldatmaq 

istəsinlər. Belə olduqda ekspertin əsəbiləşməyə, açıq  şəkildə 

şübhələnməyə haqqı yoxdur. Ekspertin qarşısında qoyulmuş  məsələ 

müayinə edilən  şəxsin hadisənin baş vermə  şəraiti haqqında 

söylədiklərini dinləməkdən və obyektiv dəlillər  əsasında 

zərərçəkəndə olan zədələrin (və yaxud başqa halların) onun dediyi 

vəziyyətdə yaranmasının mümkün olub-olmaması barədə fikir 

söyləməkdən ibarətdir. 

Həkim səhvlərinə və tibbi yardımın göstərildiyi zaman baş vermiş 

nöqsanlara aid hallarda da ekspertdən xüsusi deontoloji sayıqlıq tələb 

edilir. Məhkəmə-tibbi ekspertizanın keçirilməsi barədə  təlimata 

müvafiq olaraq, həkim  əməliyyatının düz və yaxud qüsurlu olması 

haqqında məhkəmə-tibb ekspertinin öz fikrini bildirməyə ixtiyarı 

yoxdur. Belə  məsələlər ekspertlərin və yüksək ixtisaslı  həkim-

mütəxəssislərin iştirakı ilə kollegial surətdə həll olunur, çünki gec və 

yaxud düzgün göstərilməyən tibbi yardım barədə  əsassız fikir çox 

vaxtlar zərərçəkmişin ya da mərhumun qohumlarına təhrif olunmuş 

halda çatdırıla bilər və bu da əsassız şikayətlərə səbəb ola bilər. 

Demək olar ki, ekspertin hər bir rəyi cinayət və mülki işlərində 

dəlil kimi irəli sürülərək öz arxasınca vacib sosial nəticələrə  gətirib 

çıxarır. Bu halda ekspertin üzərinə  nəinki yüksək professionallıq, 

həmçinin də böyük mənəvi məsuliyyət düşür. 

Məlumdur ki, məhkəmə-tibbi ekspertizanın, başqa sözlə 

məhkəmə  təbabəti elminin praktikada tətbiqi digər tibb elmlərindən 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin