Şakir Musayev
6
Ekspertin və mütəxəssisin əsas vəzifəsi qeyd olunan hüquqi
normativ aktların tələblərinə mütləq qaydada əməl etməkdir.
Ekspertiza, cinayət prosesində məhkəmə-tibbi biliklərdən istifadə
edilən yeganə üsul deyil. “Dövlət məhkəmə ekspertizası fəaliyyəti
haqqında” Qanuna və Səhiyyə Nazirliyinin müvafiq normativ
aktlarına uyğun olaraq dövlət «Məhkəmə Tibbi Ekspertiza və Patoloji
Anatomiya» Birliyinin mütəxəssisləri öz xidməti vəzifələri
çərçivəsində müxtəlif obyektlərin, meyitlərin və canlı şəxslərin
müayinəsini keçirir. Cinayət Prosessual Məcəlləsində bu tədqiqatlar
nəzərdə tutulmasa da, onlar cinayət törədilməsi faktının təyinində,
cinayət işinin qaldırılması məsələsinin həllində, cinayətlərin və qanun
pozğunluqlarının profilaktikasında mühüm əhəmiyyət kəsb edir.
Cinayət-Prosessual Məcəlləsinə görə məhkəmə təbabəti üzrə
mütəxəssislər ekspertiza və ekspert tədqiqatları aparmaqla yanaşı,
istintaq hərəkətlərinin keçirilməsinə - istintaq baxışı və
eksperimentlərinə, ekshumasiyaya, dindirməyə, tanınmaya,
müqayisəli tədqiqat üçün nümunələrin götürülməsinə və digər
hərəkətlərə geniş surətdə cəlb edilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi
ekspertiza və patoloji anatomiya» Birliyinin məhkəmə-tibb
ekspertləri şəxsiyyət əleyhinə yönəlmiş cinayət hadisələri zamanı
meyitlərin tapıldığı yerlərdə, istintaq eksperimentlərində, şübhəli və
digər
şəxslərin müayinələrində
və bioloji nümunələrin
götürülməsində mütəxəssis qismində iştirak edirlər.
Ölkəmizdə yeganə ixtisaslaşdırılmış və aparıcı dövlət məhkəmə
tibbi ekspertiza idarəsi olan «Məhkəmə-tibbi ekspertiza və Patoloji
anatomiya» Birliyi («MTE və PA» Birliyi) Səhiyyə Nazirliyinin
tabeliyində, onun rəhbərliyi və nəzarəti altında fəaliyyət göstərən
qurumlardan biridir. «MTE və PA» Birliyi öz fəaliyyətini insanların
hüquq və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi,
ekspertlərin tam müstəqilliyi, elm və texnikanın müasir
imkanlarından istifadə etməklə icra olunan ekspertiza və
müayinələrin obyektivliyinin, hərtərəfliliyinin və tamlığının təmin
edilməsi istiqamətində qurur.
|