Şakir Musayev
8
dinamikasını, əsas xəstəliklərin və onların ağırlaşmalarının inkişaf
mexanizmini öyrənməklə, travmatizmin aşkar edilib üzə
çıxarılmasında, travma hallarının gizlədilməsinin qarşısının
alınmasında, həmçinin ambulator və stasionar diaqnostika,
profilaktika və müalicə işləri zamanı buraxılmış səhvlərin
araşdırılmasında və qarşısının alınmasında, müvafiq müalicə və
profilaktik tədbirlərin hazırlanmasında və həyata keçirilməsində
səhiyyə müəssisələrinə və istintaq-məhkəmə orqanlarına köməklik
göstərməkdir.
Birliyin əməkdaşlarının peşə və əmək fəaliyyətləri səhiyyə
sistemində insan əməyinin ən mürəkkəb, gərgin, məsuliyyətli, zərərli
və ağır növlərindən biridir. Məhkəmə-tibbi xidmət sahəsi sosial
konfliktlərin mərkəzində durur. Bu məhkəmə təbabəti elminin insan
həyatına və sağlamlığına qarşı yönəldilmiş cinayətlərdə onların
qiymətləndirilməsi ilə bağlıdır. Məhkəmə həkiminin güclü operativ
yaddaşı və məntiqi olmalıdır. Məhkəmə-tibb ekspertlərinin işi çox
zaman ekstremal şəraitdə icra olunur və onlardan kifayət qədər
psixoloji dözümlülük tələb olunur.
Məhkəmə-tibb eksperti ekspertizaların təşkili və keçirilməsi ilə
bağlı cinayətkarlar, fiziki təzyiqlərə, işgəncəyə, namusuna təcavüz və
digər formada şantaja məruz qalmış şəxslər, qəflətən bədbəxt və qətl
hadisələrində yaxınlarını itirmiş, taleyindən narazı, həyatdan küskün,
bədbin, aqressiv və problemli insanlarla təmasda olur.
Məhkəmə-tibb eksperti ilk növbədə həkimdir, buna görə də tibbi
deontologiyanın bütün prinsip və tələblərinə riayət etmək onun üçün
zəruri şərtdir. Lakin, bununla bərabər, məhkəmə-tibb ekspertinin peşə
fəaliyyətinin spesifikası, deontologiyanın yalnız bu sənətə məxsus bir
neçə digər xüsusiyyətlərinin olmasını da tələb edir.
Məhkəmə-tibb eksperti xidməti borcunu həyata keçirmək üçün
lazım olan dərəcədə filosof, təbib…….. və hətta hüquqşünas
olmalıdır, onun peşəkarlıq səviyyəsi gözəl mənəvi etik
xüsusiyətlərilə, hümanizmilə, tibb və ümumbəşər əxlaq qaydalarının
norma və prinsiplərinə əməl etməsilə ahəngdar olmalıdır.
Məhkəmə-tibb ekspertləri həkim olsalar da, onların fəaliyyəti
zərərçəkənin müalicəsi ilə əlaqədar deyil və onlar müalicə həkimləri
|