Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə18/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

11



fərqli olaraq hüquq elmləri ilə, o cümlədən də dövlətçiliklə  sıx 

bağlıdır. Ekspertizanın təşkili, keçirilməsi və digər məhkəmə-tibbi 

tədbirlər istintaq hərəkətlərinin tərkib hissəsi olmaqla, tərtib edilən 

ekspert rəyi qanunvericiliklə sübut növlərindən biri sayılır. Ekspert 

bilə-bilə yalan rəy verməyinə görə Cinayət Məcəlləsinin 297-ci 

maddəsinə  əsasən məsuliyyət daşıması barədə  əvvəlcədən xəbərdar 

olunur və ondan iltizam alınır. Məhkəmə-tibb ekspertinin rəyi cinayət 

tərkibinin, müqəssirliyin, onun dərəcəsinin və ya günahsızlığın 

müəyyənləşdirilməsində hüquq-mühafizə orqanları üçün əksər 

hallarda əvəzedilməz əhəmiyyət kəsb edir. 

2007-ci il ərzində Birliyin şöbə  və bölmələrində 32670 canlı 

şəxsin, 3349 meyitin və 5834 laborator ekspertiza və patoloji-

anatomik müayinələr aparılmışdır. Mütəxəssislərimiz 2946 dəfə 

istintaq tədbirlərində  və  təxirəsalınmaz istintaq hərəkətlərində 

məhkəmə-tibbi xidməti təşkil etmişdir. 

2007-ci ildə Birliyə zorakı ölümlərlə bağlı 2513 meyit daxil 

olmuşdur. O cümlədən, 72 çürümüş, 10 tam skeletləşmiş, 3 

kömürləşmiş, 2 parçalanmış  və 28 ekshumasiya olunmuş meyitlərin 

məhkəmə-tibbi ekspertizaları aparılmışdır. Meyitlərin müayinəsi 173 

halda səyyar  şəkildə meyitxanalardan kənarda, qəbiristanlıqda, 

mərhumun həyətində və digər yerlərdə təşkil edilmişdir. 

Cinayət hadisələrinin getdikcə çoxalması, kriminal təzahürlərdə 

texnikanın təkmilləşməsi və istintaq nəticələrinin sübutedici 

əhəmiyyətinə  tələbin artması sözsüz ki, mütəxəssis köməyindən, o 

cümlədən məhkəmə-təbabəti sahəsindəki mütəxəssislərin 

biliklərindən daha aktiv istifadə olunma məcburiyyəti yaradır. 

Şəxsiyyət  əleyhinə olan cinayətlərin vaxtında və operativ açılması 

istintaqın bütün mərhələlərində elmi-texniki vəsaitlərin 

imkanlarından daha geniş istifadə olunmasının vacibliyini tələb edir. 

Son illərin ekspert, istintaq və  məhkəmə praktikasının təhlili 

göstərir ki, çox epizodlu mürəkkəb cinayət işlərində  məhkəmə-tibb 

ekspertinin iştirakı ilə keçirilən  ənənəvi prosessual hərəkətlər 

kompleksi (çox vaxt hadisə yerinə, meyitə baxış  və sonradan 

ekspertizanın keçirilməsi ilə məhdudlaşan hərəkətlər) bir sıra hallarda 

möhkəm sübutlar bazasının formalaşmasında kifayət etmir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin