Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə19/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   516
 

Şakir Musayev  

 

12



Cinayət mühakimə icraatında xüsusi biliklərin imkanlarından hələ 

də kifayət qədər istifadə edilmir. Bir çox cinayət işlərində sübutlar 

yalnız təqsirləndirilən 

şəxsin, 


şahidin və 

zərərçəkənin 

dindirilməsindən toplanan məlumatlardan ibarət olur. Bununla 

bərabər təqsirləndirilən  şəxsin ilkin istintaqda verdiyi ifadələrindən 

imtina etməsi və ya ifadələrinin dəyişdirilməsi halına da az rast 

gəlinmir. Bəzən də buna müxtəlif istintaq hərəkətlərində  əməliyyat 

işçilərinin, təhqiqatçıların, müstəntiqlərin və ekspertlərin yol 

verdikləri hüquqi pozuntular və ya təşkilatı çatmamazlıqlar səbəb 

olur. Bu prosessual pozuntular nəticəsində  məhkəməyə  təqdim 

edilmiş  dəlillər maraqlı  tərəfin etirazına səbəb olur, kifayət qədər 

əsaslı görünmür və məhkəmə tərəfindən rədd edilir. 

Sübutlar sisteminin möhkəmləndirilməsinin perspektivli və 

effektli sayılan tədbirlərindən biri də «sübutların obyektivləş-

dirilməsi» deyilən hüquqi hərəkətdir. Son illərdə bu istiqamətdə 

kriminalistika və cinayət prosesində aktiv işlər görülür. Burada əsas 

istiqamət cinayət iştirakçılarının ifadələrinə  əsaslanmış xüsusi bilik 

və sübutlardan istifadə  nəticələrinin  ən münasib toplamının 

yaradılmasından ibarətdir.  

İnsanın həyatı, sağlamlığı, cinsi azadlığı, cinsi toxunulmazlığı, 

mübahisəli cinsi vəziyyətlər və digər  şəxsiyyət  əleyhinə yönəlmiş 

cinayətlərin cinayət-mühakimə icraatında, istintaq hərəkətlərində 

məhkəmə-tibb ekspertlərinin daha fəal iştirakı ilə xüsusi məhkəmə-

tibbi biliklərin və elmi-texniki vasitələrin vaxtında tətbiqi, sübutların 

əldə edilməsində bu məsələlər daha səmərəli həll edilə bilər. 

Məhkəmə-tibbi  ədəbiyyatlarda məhkəmə-tibb sahəsindəki 

mütəxəssislərin yalnız hadisə yerinə  və meyitə baxış  və meyitin 

müayinəsi ilə bağlı  məlumatlar geniş  işıqlandırıldığı halda, 

ekshumasiya zamanı  zəruri məhkəmə-tibbi biliklərə daha az yer 

verilmişdir. Tərəfimizdən hazırlanmış «Meyitin aşkar olunduğu yerdə 

(hadisə yerində) məhkəmə-tibb müayinəsinə dair» metodik tövsiyə 

(2000-ci il) və «Məhkəmə  təbabəti» dərsliklərində (1999, 2002 və 

2006-ci illərdə) bu məsələ daha geniş şərh edilmişdir.  

Göstərilənlərlə yanaşı məhkəmə tibb mütəxəssislərinin prosessual 

fəaliyyətinin bəzi tərəfləri (dindirmədə, tanınmada, müqayisəli 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin