Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə20/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

13



tədqiqat üçün nümunələrin götürülməsində, ifadələrin yoxlanılma-

sında iştirak etmək) axıra qədər işlənib hazırlanmamış, metodik-

normativ sənədlər və nəzəri işlər yox dərəcəsindədir. Bir çox hallarda 

isə istintaq məhkəmə orqanlarının  əməkdaşları qeyd olunan 

prosessual hərəkətlərə  məhkəmə-təbabəti mütəxəssislərinin cəlb 

edilməsinin əhəmiyyətini bilmir ya da buna məhəl qoymurlar. Təbii 

ki, belə  vəziyyət öz növbəsində  məhkəmə istintaq orqanlarının 

fəaliyyətinin məhkəmə-tibbi təminatına, şəxsiyyət əleyhinə yönəlmiş 

cinayətlərin hərtərəfli istintaqına, bütövlükdə cinayətkarlığa qarşı 

mübarizənin səmərəliliyinə mənfi təsir göstərəcəkdir.  

Kitab ilk növbədə  məhkəmə-tibb ekspertlərinə ünvanlanmış  və 

onlara qüvvədə olan qanunvericiliyin tələblərinə müvafiq olaraq 

işlərinin maksimum səmərəli qurmaqda köməklik göstərəcəkdir. 

Ekspertin gündəlik işinin keyfiyyəti də  məhz bundan çox asılıdır. 

Onu demək kifayətdir ki, CPM-nin bir sıra maddələrinə əsasən qanun 

pozğunluğu yolu ilə alınmış ekspert rəyi hüquqi qüvvəsi olmayan 

sübut sayılır, ittihamnaməyə daxil edilə bilməz və  iş üzrə  hər hansı 

bir  şəraitin sübut edilməsində istifadə edilə bilməz. Kitab hər bir 

dövlət məhkəmə tibb ekspertindən qanuna qeyri-şərhsiz əməl etməyi 

tələb edir, şərəfli və məsuliyyətli yolda onlara istiqamət göstərir. 

Şəxsiyyət  əleyhinə yönəlmiş cinayətlərin istintaqında istintaq-

məhkəmə orqanlarının  əməkdaşları  məhkəmə-tibbi ekspertizanın 

təyini və xüsusi bilik cəlb etməklə digər istintaq hərəkətlərini həyata 

keçirən zaman meydana çıxan bir çox sualların cavabını bu vəsaitdə 

tapa biləcəklər.  Şübhəsiz ki, bu da hüquq mühafizə orqanları ilə 

məhkəmə-tibbi xidmətinin  əlaqəsinin daha da təkmilləşməsinə

cinayətlərin istintaqına tələb olunan səviyyədə tam və hərtərəfli zəruri 

köməkliyini təmin edəcəkdir. Vəsaitdən ali məktəblərin «Məhkəmə 

təbabəti» fənnini tədris edən müəllimləri, eləcə də təhqiqat və istintaq 

məhkəmə orqanlarının əməkdaşları və səhiyyə orqanlarının rəhbərləri 

də istifadə edə bilər.  

Kitabda  əksini tapa bilməyən və lazımınca işıqlandırılmayan 

məsələlər və digər çatışmamazlıqlar barəsində bütün dəyərli və 

konstruktiv təklifləriniz məmnuniyyətlə qarşılanacaqdır. 

  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin