Maddə 17. Əlavə məhkəmə ekspertizası
İlkin məhkəmə ekspertizasının rəyi kifayət qədər olmadıqda,
ekspert qoyulmuş sualları tam həll etmədikdə və ya əvvəlki
təhqiqatla bağlı əlavə sualların həll edilməsi zərurəti olduqda əlavə
məhkəmə ekspertizası təyin edilir və onun aparılması həmin ekspertə
və ya başqa ekspertə həvalə edilir.
Maddə 18. Təkrar məhkəmə ekspertizası
Əvvəllər verilmiş rəyin doğruluğu və əsaslılığı təhqiqat aparan
şəxsdə, müstəntiqdə, prokurorda və ya məhkəmədə (hakimdə) şübhə
doğurduqda, məhkəmə ekspertizasının aparılmasının Azərbaycan
Respublikasının prosessual qanunvericiliyi ilə nəzərdə tutulmuş
qaydaları pozulduqda eyni suallar üzrə təkrar məhkəmə
ekspertizasının aparılması təyin edilir və onun aparılması başqa
ekspertə və ya ekspertlərə həvalə edilir.
Təkrar məhkəmə ekspertizasının təyin edilməsi barədə qərarda
(qərardadda) əvvəlki ekspertizanın rəyi ilə razılaşmamağın səbəbləri
göstərilir.
Ekspertlər arasında fikir ayrılığı olduqda hər bir ekspert buna
səbəb olan məsələ barəsində yazılı formada öz rəyini ayrıca tərtib
edir.
Dostları ilə paylaş: |